adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Sentyabr 2018 15:52
16080
İDMAN

İntihar edən futbolçunun dramatik həyat hekayəti

"Nacional” komandasının ulduzuAbdon Porte, əsas heyətdən uzaq düşdüyü üçün komandanın oynadığı meydanınmərkəzində silahla ürəyinə nişan alıb intihar etmişdir. Bu dramatik hekayəniAdalet.az sizlərə təqdim edir.


Qısa arayış

1893-cü ildə UruqvayınMontevideo şəhərində dünyaya göz açan Porte, futbol kariyerasına "Colon”dabaşlayıb qısa müddətdə göstərdiyi performansla "Libertad” klubuna transferolmağı bacarır. Daha sonra Porte, uşaqikən xəyalını qurduğu komandaya yəniMontevideo şəhərinin ən böyük komandasına "Nacional”a transfer olur. 

İlk illərdə "Nacional”damüdafiçəçi kimi oynayan Porte, digər oyunlarda yarım müdafiəçi kimi oynamağabaşlayır. Çox keçmir, komandasının liderinə çevrilir. Ardınca isə çempionluqlar,uğurlar, kuboklar bir-birini əvəzləyir. Həmin illərdə Porte komandasının vazkeçilməzi olur. Porte, bu performansı milli komandaya da daşıyır və 1916-ciildə Argentinanın ev sahibliyi etdiyi Copa Amerikayı da qazanaraq Uruqvay millikomandası ilə çempionluq yaşayır. Tezliklə ölkəsində tanınmış adamlardan biriolur. 


Əzab

1918-ci ildə "Nacional”komandası heyətdə ciddi dəyişiklər edir və klubu gəncləşdirmə qərarı alınır. Budönəmdə Porte mövqeyini Alfredo Zibechiyə qapdırır və 1916-1918 ilinə qədər "Nacional”daçox zəif təsir bağışlayır. Bu zəif performansıyla azarkeşlərin ciddietirazlarına məruz qalır. Hər matçda fitə basılan, təhqir olunan Portenin artıqvəziyyəti yaxşı deyildi. Sevdiyi komandasına ziyandan başqa heç nə verəbilmirdi. Buna görə çox əzab çəkirdi. Psixoloji problemləri baş qaldırmışdı. 

"Nacional” komandasınınənənələrinə görə, hər qələbənin ardından futbolçular klub binasında görüşür və əyləncələrtəşkil edilərdi. Yenə belə bir qələbənin ardından klub binasında toplananfutbolçular Porte xaric əylənməyə davam edirlərdi. Porte isə o sırada ən yaxındostu Çarlinin yanına gedib onunla vidalaşmışdı və bütün futbolçuların klubbinasından ayrılmasından sonra tək başına stadiona üz tutmuşdu. Tənha, kədərli,məğlub, məyus halda...

Klubun stadionunagizlicə gələn Porte meydanın düz mərkəzində silahla ürəyinə nişan alaraqintihar etmişdi. Silahın tətiyini çəkərkən, digər əlində 2 məktubda vardı.Porte aşiq olduğu komandasına cəsədiylə vida etmişdi. Kimsə görmədən, boştribunlarda, səssiz-səmirsiz ölümün üstünə gedirdi...


İntihar

Səhərstadyonun qarovulçusu meydanda uzanmış bir adam görür. Düşünür ki, bu adamyatır. Ancaq yanına yaxınlaşanda gözlərinə inana bilmir. Bu "Nacional”komandasının ulduzu Abdon Portenin özü idi. Bir əlindəsilah, digər əlində isə iki məktubla ölü formada yatdığını görür. Olanlarazarkeşlər üçün gözlənilməz idi. Porte üçün isə hər şey çoxdan bitmişdi. Bircəadamların bundan xəbəri yox idi. Onlar əylənir, üzülür, sevinir, düşünürdü,amma Porte bir şeyi düşünmüşdü – o da ölmək.

İlk məktubundaçox sevdiyi klubuna belə vida edirdi: "Bu ayrılıq mənim üçün çətindi amma etməkməcburiyyətindəyəm. Artıq yük olduğumu hiss etdiyim bu kluba vida edirəm. Ailəmvə tək eşqim "Nacional” komandası bundan sonra sizə əmanət.”

İkinciməktubda isə Porte ailəsinə belə yazırdı: "Ailəm sizləri çox sevirəm, ən az "Nacional”formam qədər çox sevirəm. Mənim gözəl sevgilim səni daim sevdim və əslaunutmayacam.” – deyərək sözlərinə son verir.

Yaşanan bu dramatik hadisədən sonra "Grand Parque Cenrtal” stadionunda qapıarxası tribunanın adı "Porte tribunası” olur.