adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Sentyabr 2016 09:35
31880
TEXNOLOGİYA

“Instagram”da 3 mühüm yenilik

Populyar foto paylaşım platforması olan "Instagram"da 3 yeni funksiya istifadəçilərin ixtiyarına verilib.

İstifadəçilər artıq fotoları "zoom" edə biləcəklər. Yəni iki barmaqla smartfonun və ya planşetin ekranına toxunub fotoları böyütmək mümkündür.

İkinci yenilik söyüş və təhqiramiz şərhlərin əngəllənməsi ilə bağlıdır. İstifadəçilər filtrasiya imkanı əldə ediblər və bundan sonra öz paylaşımlarının altında görmək istəmədiklərin sözləri avtomatik əngəlləyə biləcəklər. Bu funksiya xüsusən şərhləri oxumağa vaxtı olmayan istifadəçilərin işini yüngülləşdirəcək. Bunun üçün şərhlər bölümündə "Lazımsız şərhləri gizlə" düyməsini "klikləmək" və görmək istəmədiyiniz sözləri ora yazmaq lazımdır.

"Instagram"ın bəhs etmədiyi, lakin istifadəyə verilmiş üçüncü özəllik isə səhifənizi izləyən şəxslərin kim olduğunun bilinməsidir. İstifadəçi hər hansı başqa bir səhifəyə baxarkən həmin profilin onu izləyib-izləmədiyini də öyrənmiş olacaq. Lakin bu funksiya hələlik bütün hesablar üçün aktiv deyil.