adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Fevral 2023 12:22
1063
MƏMLƏKƏT

İnsanlığa sığmayan cinayət

 

Dünyada çox müharibələr, çox dağıntılar və çox ölüm- itim olub. Və bu müharibələrdə ən çox da əziyyət çəkən, evi dağılan, göz yaşlı qalan sadə insanlar olublar. Bu insanlar həmişə halal zəhmətlə, alın təri ilə yaşayıblar. Ancaq qara qüvvələr, müharibə hərisləri onların gününü göy əsgiyə büküb və gözüyaşlı qoyub.

Məhz 1992-ci il fevralın 26-sı Xocalı faciəsi belə ağır yaddançıxmaz, unudulmaz faciəli günlərdən biridir. O günü xatırlayanda və o günü yada salanda insanlığa qarşı olan ən ağır cinayət bizim yaddaşımızdan heç vaxt çıxa bilmir. Çünki erməni faşistləri dünyada analoqu və oxşarı olmayan, dinc insanlara qarşı ağır müharibə cinayətləri həyata keçirdilər. Biz görmüşük ki, hər hansı ölkə ordu ilə, əsgərlə döyüşər. Amma ermənilər 1992-ci ilin fevralın 26-da əliyalın xocalılara qarşı əsrin ən böyük cinayətini törətdilər. Onlar Rusiyanın 366-cı alayının köməkliyi ilə bir gecənin içərisində Xocalı kimi şəhərin altın-üstünə çevirdilər. Qan su yerinə axdı. Görün düşmən nə qədər vəhşiləşmişdisə, nə qocaya, nə qadına, nə uşaqlara rəhm edirdilər. Çox yaxın məsafədən ağır texnikalardan, tankalardan, BTR-lərdən insanların sığındığı yerlər güllə-baran edilirdi. Daha doğrusu, güllə yağış kimi yağırdı. Və bu güllələrdən sağ- salamat qurtarmaq, xilas olmaq çox çətin idi. Minlərlə xocalılı isə həmin anda Allahdan kömək istəyirdi. Sanki Allah da bu insanları yaddan çıxarmışdı. Nə yaxşı ki, Əlif Hacıyev kimi, eləcə də ona bənzər qeyrətli Azərbaycan oğulları vardı. Əgər o qeyrətli Azərbaycan oğulları olmasaydı bir nəfər Xocalı sakini belə o hücumdan sağ- salamat çıxa bilməzdi.

Dünyada müharibənin öz qanunları olur. Yəni silahsız dinc sakinlərə qarşı heç vaxt silah işlədilməz. Ancaq Xocalıda erməni faşistləri heç bir dünyəvi dəyərlərə və insanlığa sığmayan cinayətlər törətdilər. Onlar əsir götürdükləri yeniyetmə və cavan oğlanları elə onların doğmalarının qarşısında güllələdilər. Hələ bu da onların cinayətlərinin hamısı deyildi. Erməni faşistləri ələ keçirdikləri Azərbaycan əsgərini ağaca bağlayb üstünə benzin tökərək yandırırdılar. Bax bu ağır cinyaətlər dünyada analoqu olmayan cinayət sayıla bilər. Beynəlxalq hüquqda , beynəlxalq qanunlarda və Cenevrə konversiyasında müharibənin özündə belə insanların hüquqları qorunur. Amma bu qanuna baxan kim idi?! Ermənilər üçün heç bir beynəlxalq qanun və Allah qoruxsu yox idi. Ən böyük ağırr faciə o idi ki, Xocalı sakinləri Şelli kəndinədn Ağdam şəhəri istiqamətində hərkət edərkən, 100-lərlə insan güllələnmişdir. AzTV-nin operatoru Seyidağa Mövsümov və ANS-in əməkdaşı Çingiz Mustafayev bu dəhşətli anları çəkmişdilər və dünya ictimaiyyətinə çatdırmışdılar. Amma dünya ictimiyyəti də bizim faciəmizə reaksiya vermirdi. Göz yaşlarımıza məhəl qoymurdu. Hətta 2-ci dəfə Çingiz Mustafayev həmin yerdən çəkiliş edəndə güllələnimiş insanların başlarının dərisnin soyulduğunu göstərdi və dedi ki, əvvəlki çəkilişdə belə bir cinayət yox idi. İkinci dəfə ermənilər ən böyük qəddarlıq edərək gözlərini çıxarmış və başlarının dərilərini soymuşdular. Əsgərlərimizin köməkliyi ilə 100-lərlə insan xilas edilərək, Ağdam şəhərinə gətirilmişdir. Onların çoxu meşədə qaldıqlarına görə şaxtalı və soyuq havada donmuşdular. Heç bəzilərinin ayaqlarında ayaqqabı da yox idi. Nəticədə onların ayaqları soyuqdan sıradan çıxmış və ağır vəziyyətdə Ağdama gəlmişdilər.

Bütün bu faciələr onun göstərir ki, ermənistan və onun Dağlıq Qarabağdakı hərbi birləşmələri çox böyük faciə törədib və ağır cinayət eləyib. Bizim xalqa qarşı ermənilərin törətdiyi Xocalı faciəsi heç də ilk deyi, 1905-c ildə, 1915-c ildə və 1918-ci ildə ermənilər dinc sakinləri qılıncdan keçirib, güllə-baran edib və qətlə yetiriblər. Çox təssüf ki, beynəlxalq təşkilatlar , və o cümlədən demokratiyadan dəm vuran Avropa Xocalı faciəsinə və eləcə də ermənilərin 100 il müddətində törtətdiyi cinayətlərə göz yumublar. Hələ üstəlik, adını çəkdiyimiz Fransa kimi ölkələr onlara havadarlıq ediblər.

Təbii ki,tarixin yaddaşı həmişə güclü olur. Nəsə bizim yadımızdan çıxa bilər, unudula bilər, amma tarixin səhifəsindən heç nəyi silmək və pozmaq omaz. Ən azından ona görə ki, türk xalqlarına qarşı ermənilərin törətdiyi Xocalı faciəsi ən böyük soyqrımı sayılmalıdır. Bu soyqrımı adı bir faciə deyil, minlərlə insanın öldürülməsi, qətlə yetirilməsi və Xocalı kimi bir şəhərin yerlə- yeksan edilməsidir. İnsanlığa, bəşəri dəyərlərə sığmayan bu cinayaətə görə ermənilər gec-tez qanun qarşısında beynxəlxalq hüquqla cavab verməli olacaqlar. Artıq bir çox ölkələr Xocalı faciəsini xalqımızın soyqrımı kimi qəbul edib. Ümumiyyətlə, dünyada təkcə ölkələrin qanunları deyil, həm də beynəlxalq hüquq deyilən bir anlayış var. Bu hüquqsa ermənilər tərəfindən həmişə pozulub. İndi BMT, Avropa Birliyi və eləcə də digər mötəbər qurumlar ermənilərin törətdiyi Xocalı faciəsinə hüquqi qiymət verməlidirlər. Bu qədər kar, kor, lal olmaq olmaz. Ortada təkzibolunmaz maddi sübutlar və dəlillər vardır. Bu dəlillər də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmalı, dəyərləndirilməli və hüquqi qiymətini almalıdır.
Heç bir qisas qiyamətə qalmır. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan ordusu Xocalı faciəsində həlak olanların qisasını erməni ordusundan, erməni əsgərindən və erməni zabitindən aldı. Amma onlardan fərqli olaraq bizimkilər ermənilərin bir dinc sakinini belə öldürmədi. Əksinə, əsir götürdükləri dinc və xəstə sakinləri müalicə edib onlara qaytardılar. Bu Azərbaycan ordusunun humanist hərəkəti, o da erməni vəhşiliyi!

Qoy bütün dünya görsün ki, Azərbaycan bəşəri dəyərlərə, demokratiyaya və beynəlxalq hüquqa necə hörmət edir. Elə bu gün də dünya hüquq müstəvisində Azərbaycan Ermənistandan dəfələrlə yüksək səviyyədə durur, özünün humanist, insanpərvər addımları ilə yeni bir tarix yazır.

Dünyəvi və bəşəri dəyərlərə söykənən Azərbyacan heç bir ölkədən çəkinmir, öz ərazi bütövlüyünü və dövlətçiliyini qoruyur.

Elşən QURBANOV
Bakı şəhəri 43 saylı Notairat ofisinin notariusu