adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Sentyabr 2017 10:49
16270
ƏDƏBİYYAT

İnsan ən vəhşi heyvandır

Bir qurd ovçulartərəfindən meşədə sıxışdırılır. Qurd meşədə ora-bura qaçsa da, arxasınca gələnovçuları aldada bilmir. Canını qurtarmaq üçündurmadan qaçır, nəfəsi tükənmiş halda, heydən düşən qurd kəndliyə rast gəlir.Kəndli əlində yabası tarlasına tərəf gedir. Qurd kəndlinin qarşısında diz çökərəkyalvarmağa başlayır:

- Ey insan, nəolar, mənə kömək elə, arxamca gələn ovçulardan qaçmaqdan taqətim qalmayıb. Köməketməsən, tutub məni öldürəcəklər.

Kəndli bir azdüşündükdən sonra əlindəki boş çuvalı açaraq qurdun bura girməsini deyir. Qurduçuvala salıb ağzını bağlayır. Çuvalı çiyninə bərkidib yoluna düzəlir.

Bir neçə dəqiqədənsonra kəndli ovçularla rastlaşır. Ovçular kəndlidən bu tərəflərdə bir qurdgörüb-görmədiyini soruşurlar. Kəndli "yox, görmədim", - deyir. Bir azkeçir, gözləyir, ovçuların getdiyindən əmin olduqdan sonra çuvalın ağzınıaçaraq qurdu çölə buraxır.

Qurd:

- Çox sağ ol, mənəböyük bir yaxşılıq etdin.

Kəndli:

- Mən heç nə etmədim,deyərək tarlasında işləmək üçün yoluna davam edir.

Qurd kəndlinisaxlayaraq deyir:

- Bir dəqiqəgetmə. Xeyli vaxtdır ovçulardan qaçıram, aclıqdan yol yeriməyə halım yoxdur.Qüvvət toplamaq üçün nəsə yeməliyəm. Burada səndən başqa yemək yoxdu.

Kəndli gözləri bərəlmişhalda deyir:

- Elə şey olar?Mən sənin həyatını xilas elədim.

Qurd:

- Edilənyaxşılıqdan tez unudulan bir şey yoxdur. Mən də sağ qalmaq və yoluma davam etməküçün səni yeməliyəm və etdiyin yaxşılığı unutmaq məcburiyyətindəyəm.

Bu söhbətdəkimin haqlı olduğunu anlamaq üçün qarşılarına çıxacaq üç canlıdan bu məsələdəkimin doğru olduğunu öyrənmək qərarına gəlirlər.

Az gedirlər, dərə-təpədüz gedirlər, qarşılarına birinci meşədə yaşlanıb, əldən düşmüş bir at çıxır.Əhvalatı ata nağıl edib cavabını soruşurlar. At dillənir:

-Mən illərboyunca sahibimin qulluğunda dayandım, arabasını çəkdim, çoxlu dayçalar doğdumvə illər boyu gəzdirdim. Yaşlandıqdan sonra bir işə yaramadığımı görüb, məniburada tək qoyub getdi...

Bu cavab qurdunxeyrinə olduğundan sevinərək yola davam edirlər.

Qarşılarınaçıxan itdən soruşurlar:

-Mənsadiqliyimin dəyərini görən bir sahib görmədim. İllər boyu qulluğunda dayandım,qoyun-sürülərini qorudum, yad adamları yaxına buraxmadım. Amma o məni hər günvurdu, incitdi...

Qurd üzünü kəndliyətutaraq deyir: Gördünmü?!

Kəndliçırpınaraq sonunun yaxınlaşdığını hiss edir və deyir:

- Axı biz üçcanlıdan soruşacağımızı demişdik.

Yollarına davamedirlər. Bu dəfə qarşılarına tülkü çıxır. Kəndli və qurd hadisəni tülküyədanışırlar. Tülkünün qurda olan nifrəti burada özünü göstərir. Bic tülkü dilə gəlir,deyir hər şeyi başa düşdüm amma sənin ovçulardan qaçmaq üçün bu çuvala necəgirdiyin heç ağlıma batmadı.

Qurd nə desə dətülkü inanmır. "Gözümlə görməsəm, inanmaram" - deyir.

Çox çək-çevirdənsonra qurd tülkünü inandırmaqdan ötrü çuvala girir. Qurdun çuvala girdiyini görəntülkü tez kəndliyə göz-qaş edir ki, çuvalın ağzını bağla. Kəndli çuvalın ağzınıbağlayaraq əlinə bir daş alıb qurdu yaxşıca əzişdirir.

Kəndli sonraTülküyə üzünü tutub deyir:

-Sənə minnətdaram,bu qurddan məni xilas etdin.

Tülkü:

-Sevərək etdim.

Bu an kəndliningözü tülkünün qalın, gözəl görünüşlü dərisinə sataşır. Özlüyündə düşünür ki, budərini satsam yaxşı pulum olar. Əlindəki daşı tülkünün başına vuraraq öldürür.

Sonra çuvalıniçində olan qurdu təpiklə vuraraq deyir:

-Düz deyirsənQurd, "Həyatda edilən yaxşılıqdan tez unudulan bir şey yoxdur".

Günümüzdəyaxşılıq edib, əvəzində pislik görən insanların sayı daha çoxdur. İnsanlaryaxşı ya pis olmağı özləri seçir. Edilən yaxşılığı unutmayaq!

Tərcümə etdi:

Sübhan Mahmudov