İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Adalet.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Yanvarda Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” turnir cədvəlinin liderləri “Arsenall və “Mançester Siti”ni məğlub edib. Klub London təmsilçisinə 2022-ci ildən sonra ilk dəfə qalib gəlib.
44 yaşlı mütəxəssis 2024-cü ilin aprelindən bəri bu ada layiq görülən ilk ingilis məşqçi olub. Ondan əvvəl mükafatı Şon Dayç qazanmışdı.
Ümumilikdə yanvar-fevral aylarında Kerrikin rəhbərliyi altında Premyer Liqadakı 5 matçda “qırmızı-şeytanlar” uduzmayıb - 4 qələbə, 1 heç-heçə.
Xatırladaq ki, Kerrikin “Mançester Yunayted”ə mövsümün sonunadək müvəqqəti baş məşqçi təyin olunduğu yanvarın 13-də açıqlanmışdı. O, yanvarın 5-də istefaya göndərilən portuqaliyalı mütəxəssis Ruben Amorimi əvəz edib
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

