adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2018 09:30
75861
MÜSAHİBƏ

İndiki səslərin 98-faizi bic səsdir... - MÜSAHİBƏ

"Ədalət" qəzetinin qonaq otağında "Şur" ansamblınınrəhbəri, Qarabağ bölgəsində hər kəsin, Azərbaycanda isə muğam sevərlərin yaxşı tanıdığıHüseyn Hüseynovla həmsöhbət oldum. Və bir də gördüm ki, Hüseyn müəllimin dediklərimaraqlı bir müsahibəyə çevrilib. Onu sizlərə təqdim edirəm.

-Özünüz haqda məlumat verin.

-Hüseyn Hüseynov Alı oğlu 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndindədoğulmuşam. Lap uşaq vaxtlarından bizdə pionerlər evi olub. Oranın "Qarabağbülbülləri" adlı ansamblı olub. Yeddinci sinifdən oxumağa başlamışam.

-Dilimizdə bir deyim var: - Qarabağda doğulan uşaqların ağlaması da Segahüstündədir. Bax sizin özünüz o zümzümələri ən çox hansı muğamlarımızın üstündə edirsiniz?

- Segah ümumiyyətlə ən asanıdı. O mənada ki, insanların elə bil daxilindəngəlir Segah. Çoban da oxuyanda görürsən Segah oxuyur, sürücü də maşında gedəndəSegah oxuyur. Təbii ki, səbəb bilmirəm nədir, yəni ilk dəfə hamı Segaha müraciətedib, elə mənim özüm də...

- Mahrızlı kəndində sizdən əvvəl oxuyanlar olub?

- Bəli. Uşaqlıq dostum Vahid Abdullayev, məndən sonrakılardan Sabir Abdullayev,Cabir Abdullayev və başqaları...

- Siz həm də müəllimsiniz, təkcə mahnını, muğamı, ümumiyyətlə musiqinibilmirsiniz, həm də öyrədirsiniz. Bizdə sizdən dinləyici kimi öyrənirik. Sizin üçün musiqi, muğam nədir? Qazanc yeridirmi,həyat tərzidirmi, yoxsa mənəvi qidamı?

- İnsan yaşamaq üçün hərhansısa sənətlə məşğul olur. Səmimi danışıram. Mən bu sənətə qazanc gözü ilə baxmamışam.Bununla dolanmışam. Məqsədim pul qazanmaq olmayıb. Könüllü olaraq 7-8 ildi toy sənətindənimtina etmişəm. Ancaq bu gün "Şahnazı" da, "Heyratı" da, ümumiyyətləhər bir şeyi oxuya bilirəm. Amma toydan özüm imtina etdim. Bu gün də o ansamblımızlasəngər-səngər gəzirik. Başqaları Bakıda hərbi hissələrdə konsert verir, amma ağızdolusu deyirlər ki, hərbçilərin görüşünə getmişdik. Biz isə bunu səngərdə edirik.İnanırsız, 500-dən artıq konsert vermişik. Hərbiçi Komandanlıqlardan hardasa yüzdənçox fəxri fərman almışam.

- Ən yadda qalan konsertinizhansıdır?

- Bir çox yerlərdə konsertlərdəolmuşam. Üç beynəlxalq festival laureatı almışam. Sovet dövründə, Almatıda"Qızıl alma" festivalı, Moskvada "Beynəlxalq folknor festivalı","Azərbaycan günləri", eləcə də Kiyevdə. Bunların hamısına da o zamanındövlət səviyyəsində göndərilmişəm. Bütün dövlət tədbirlərində oxumuşam. Azərbaycankommunist partiyasının 30-cu qurultayında Qarabağ şikəstəsini oxumuşam. RəhmətlikHeydər Əliyev, orda Xeyransa adlı bir qızı qucağına aldı. Onun ifasını çox bəyənmişdi.

- Heydər Əliyevlə münasibətinizolub?

- Bir dəfə tədbirdə əl veribgörüşüb, bir dəfə də ilk prezident seçkisindən sonra Ağdama gələndə, bir metr məsafədə,ayağının altında qurban kəsiləndə yanında durub şikəstə oxumuşam.

- "Şur" ansamblısizdən əvvəl yaranıb, yoxsa sizdən sonra?

- "Şur" ansamblı1952-ci ildə yaranıb. Əvvəl özfəaliyyət formasında 8 nəfərdən ibarət olub. ƏlipaşaDaşdəmirov ilk qurucusu olub. Xosrov Fərəcov tarzən olub. Onun dövründə ansamblçox fəallaşdı. Rəhmətlik Əfrasiyab Bədəlbəyli o vaxt bu ansamblın festivalda"Şur" ifa etməsini görüb, "Şur gəlsin" dedi. Elə o vaxtdan dada ansamblın adı belə qaldı. Bu ansambldan böyük sənətkarlar çıxıb. Arif Babayev,Əbülfət Əliyev, Rəmiş, Ramiz Quliyev, Səxavət Məmmədov, Sədi Məmmədov, Aygün Bayramov,Nəzakət Məmmədov...

- Muğamı kimlərdən öyrənmisiniz?

- Mənim müəllimim AydınMəmmədov olub. Qarabağda ona "Böyük" Aydın deyirdilər. Bir də Hafiz Sədirzadə.Çox savadlı adam olub. O dövrdə Hafiz müəllim o sahədə çox güclü idi. Baxmayaraqki, bakılı muğam ifaçıları əruzu daha yaxşı bilirdilər. Hafiz müəllimin atası Sovetdövründə böyük şair olub. Musiqiçilər onların evlərində yığışardılar deyə o uşaqlığındanbu sənətin içində olub.

- Ağdamı necə xatırlayırsız?

- Ağdam mənim üçün müqəddəsyerdir. O dövrdə Azərbaycan musiqisi Ağdam musiqisinin təsirində idi. Bakı da, Şəkidə və digər başqa şəhərlər də Ağdam muğamının təsiri altında idi. Ağdam muğam mərkəzisayılırdı.

- Muğam Ağdamdan başlayır?

- Yox, elə demirəm. Təsirinideyirəm. O mənada deyirəm ki, Ağdamda böyük sənətkarlar var idi. Muğamın haradayarandığını heç kim bilmir.

- Farslardan gəlir muğam...

- Deyirlər Sufilər yaradıb,amma rəsmi deyil.

- Orta musiqi təhsilindənsonra davam etdinizmi?

- İncəsənət universitetininMədəni-maarif şöbəsini bitirmişəm.


- Amma xanəndəliklə məşğuloldunuz.

- Sənətim xanəndəlikdir.

- Orta məktəbi və paralelolaraq musiqi məktəbində oxuya-oxuya özünüzdən xəbərsiz həm də sənətə gəlirdiniz.Bu işə valideynləriniz necə baxırdı?

- Bəzi adamlar vurma cədvəlinibilmir, amma deyir ki, riyaziyyatı yaxşı bilirəm. Mən orta məktəbi yaxşı oxumamışam.Yeddinci sinifdə musiqi məktəbində oxumağa başlayandan demək olar ki, məktəbə dəgetmirdim. Musiqi oxumağıma görə də mənə məktəbdə qiymət yazırdılar. O vaxt kalxozsədri bizə öz otağını vermişdi. Mən orada bir-iki ağız nəsə oxuyanda, pəncərədənbaxıb görürdüm ki, yüzə yaxın adam yığılıb məni dinləyir. Dinləyicinin marağı çoxidi o vaxtlar. İndi isə yoxdur. Valideynlərim mənə mane olmurdular. Onlar istəyirdilərki, mən azan oxuyum. Dinə bağlı adam idilər. Məscidlərin əksəriyyətində Hafiz müəlliminazanı səslənir və eləcə də Şərq ölkələrində.

- Bu gün fonoqram hamınımüğənni edir, xanəndə edir. Elektronika hamını musiqiçi edib. Buna münasibətiniznecədir?

- Çox pis. Oxuyan canlıoxuyar. Oxuya bilmirsənsə camaatdan nə istəyirsən?!

- Oxumaq sizin üçün nə deməkdir?

- Oxumaq mənim üçün hərşeydi. Musiqi ruhun qidasıdır. Mən onunla yaşayıram. Allah Mehriban xanımın canınısağ eləsin, elə bir dövr yaranmışdı ki, az qalmışdı muğam oxuyanları tutalar. Tutulmaqsözünü məcazla deyirəm. Muğam bərbad vəziyyətə düşmüşdü, Mehriban xanımın sayəsindəmuğama hörmət olundu. Muğama hörmət olundusa, mənə də hörmət olundu. Muğam bizəbabalarımızdan qalan mirasdı, hamımız onu qorumalıyıq.

- Özünüz musiqi yazmısınız?

- Yox, bu mənim işim deyil.

- İndiki gənc muğam ifaçılarınıdinləyirsiniz?

- Dinləyirəm hamısını.

- Kimləri bəyənirsiniz?

-Hamısı məni tanıyır, məndə onları tanıyıram. Heç kimlə işim yoxdur, amma onların içərsində İlkin Əhmədovunifasını bəyənirəm. Səsin bir neçə növləri var. Səs bir formada olmur ki. Məsələn,Xan əminin səsinə loru dildə "xrustal" səs deyirdilər. Yaqub Məmmədovunsəsi də möcüzə idi. Mən deyirəm ki, Yaqub xanəndə deyildi. O, Allahın möcüzəsi idi.Bu mənim fikrimdir, sözümün arxasında da dururam. Onun səsi məclisdəki adamlarıağladıb, bunu özüm görmüşəm. Onun təhsili yox idi. İndiki səslərin 98 faizi sünisəsdir.

- Sazla muğamı necə fərqləndirirsiniz?

- Saz muğamdan da çox əvvəlgəlib, yəni qədimdir. Bugün aşıqlarla xanəndələr çox iç-içədir. Xanəndələrin əksəriyyətiaşıq mahnıları oxuyurlar. Aşıq mahnıları da xalq mahnıları sayılır. Aşıqlıq dahaçətin sənətdir. Aşıq gözəl rəqs etməlidir. İndiki kimi yox ha. Şeiriyyatı bilməlidir.Səsi gözəl olmalıdır. Sazı yaxşı çala bilməlidir. Bunların hamısı cəmlənmirsə, oadama aşıq demək olmaz.

- Ansamblın indiki vəziyyətinə yerdədir?

- "Şur" ansamblıSovet dövründə çox məşhur idi. 4-5 il bundan əvvələ kimi vəziyyət yaxşı idi. Maliyyəproblemlərimiz var. Maliyyə dəstəyi olarsa, yenidən çox yüksək səviyyəyə çata bilər.Ağdam işğal olunandan sonra ansamblı özüm götürmüşəm. Dost-tanışı ansambla yığmışam.Demişəm ki, bu bizə mirasdır, elə belə yaranmayıb, böyük sənətkarlar bəxş edib.

-Gənc istedadlar da varansamblda?

-Bəli var, çoxdur. Məsələn,Şamxal var, möcüzəli səsdir, sinə səsidir. Sinədən gəlməyən səs bic səs sayılır.Bizim xalq artistlərimiz var ki, onların da səsləri bicdir. Yəni üzlərinə də deyəbilərəm. Heç kimdən çəkinmirəm.

-Bu gün ansambl harda yerləşir?

-Quzanlı kəndindədir. MədəniyyətNazirliyinin tapşırığı ilə rayon mədəniyyət idarəsində bizə normal şərait yaradılıb.

-Ansamlda neçə nəfər var?

-Təxminən 36-37 nəfər var.

-Bu yaxınlarda konsert gözlənilir?

-Olacaq konsertimiz."Könül dünyamız" verilişində iştirak edəcəyik.

-Bu gün övladlarınızdanbu sənətin davamçısı olmaq istəyən varmı?

-Mənim bir oğlum var. Ammamusiqi ilə arası yoxdur. Müasir musiqini daha çox sevir. Bir adamın içindən gəlmirsə,100 professor da onu hazırlaşdırsın, xeyri yoxdur. İnsanın gərək içindən gəlsin.

-Gənclər muğam dinləmir.Niyə muğam təbliğ olunmur?

-Elə sualdı ki, cəmiyyətimizüçün önəm kəsb edir. Günah mənim özümdədir, sənət adamlarındadır. Hər bir sənətkartəbliğatçı olmalıdır. Öz sənətinin təbliğatçısı. Sənət adamı 5 manatdan ötrü bayağımahnı oxuyursa, deməli, sənət adamı deyil. Mən xanəndəyəmsə, ara mahnısı oxumamalıyam.

-Bu həm də özünü cəmiyyətiçində tanıtmaqdır.

-Yaxşı mənada. Təbliğ odurki, bayağı mahnı oxumasın. Mənim başımdan brilyant da töksələr bayağı mahnı oxumaram.

-Toylarda bayağı mahnı oxuyurlar?

-Bu saat əksəriyyət bayağımahnı oxuyur.

-Siz bayağı mahnılardançəkindiyinizə görə toylardan imtina etdiz?

-Bəli. Könüllü istəmədim.

-Torpaq itirmiş adamlarıq.Təsəvvür edin, maşınla üzü Ağdama gedirik. Hansı mahnını zümzümə edərdiz?

-Bizim bugünkü günümüzə"Zəminxarə" daha uyğun gəlir. İçində qəm-kədər var.

-Torpaqlarımız işğal altındançıxsa ora qayıdıb yenidən həyat qurardınızmı?

-Əlbəttə, lap torpağın üstündəyatardım.

P.S. Biz üz-üzə oturub,musiqimizdən, Qarabağımızdan xeyli danışdıq və mən əmin oldum ki, həmsöhbətim Ağdamda,Şuşada "Qarabağ şikəstəsi" oxumaq üçün özünü zaman-zaman kökləyir...

Söhbətləşdi: Oğuz Ayvaz