adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Mart 2019 17:38
31687
ƏDƏBİYYAT

İNDİ ELƏ TƏKƏM Kİ...

İnqilabİsaqa ünvanlanan məktub

Hər biryeni kitabə əlimə alanda bir anlıq duruxuram. Sanki içimdən qeyri-adi bir axınkeçir. Hələ də onun adını tapa bilmirəm. Bu bir az şad xəbərə, bir az dünyayayeni gələn övladın təbəssümünə, bir az da sevginin ilk etirafını xatırladır,yaşadır mənə. Bax, bu qəribəliyin içində əlimdə tutduğum kitab hələ nədənyazıldığını, nədən bəhs etdiyini bilməsəm də, mənə yaşatdığı ovqatla o bir anıniçərisində könül dünyama işıq nöqtəsi kimi damır. Və o işıq nöqtəsi damcıdanartıq çoxalmağa, gurşada çevrilməyə başlayır. Təbii ki, bu proses artıq kitabıoxuyanda özünü göstərir və yaxud da hər şey əksinə olur. Yeni kitabə əliməgötürdüyüm an yaşadığım o qeyri-adi duyğu başa çırpılır və çiliklənir. Ammainanın ki, həmişə arzu etmişəm ki, o an çiliklənməsin. Əvəzində gurşadaçevrilsin, sellənsin...

Bəli, həminduyğunun notları üzərində oxuyuram:

Gözlərimyol çəkir çıxım yoluna,

Ən cığalarzum da xoşuna gəlsin.

Mənimlədolanmaq dəli işidi,

İnanma,ağlım başıma gəlsin.

Hə, eləbu yerdəcə hiss edirəm ki, həmin o ilk anın yaşantısı öz işini görür və mən sözdünyasına daxil oluram – al-əlvan, rəngbərəng, bir növü bir seyrangah, burda hərşey var. Və burda olan hər şey izinsiz-filansız əlindən tutur, səni öz təsirinəsalır və sən də yavaş-yavaş özünü unudub "Beləcə yaşayaq” deyirsən.

Bəxtidönük çıxan bu əzabların,

Taleyi bənzərmişoyuna, məşqə.

Beləcəyaşayaq daha yad kimi,

Nə səndoğulmusan, nə mən bu eşqə...


Çünki buyaşam haqqını qazana bilməyib, duyğular ünvanına çatmayıb. Ona görə də bəzənbelə də olur. Və onda pıçıldayırsan ki:

Anlayananlamaz ki,

Bəxtinibəxt kiritsə,

Zülmətgöz dağı deyil,

Niyyətləriümidsə.


... Belədə olur belə

Quşlarbir səmtə uçur.

Bəxtinəcan atanlar,

Qovuşmurki, qovuşmur.

Təbiiki, bu qərar sonuncu, necə deyərlər, nidası, nöqtəsi qoyulan qərar deyil. Onagörə ki, ürək döyünür, ürək duyğyların, istəklərin diqtəsini, umacağını,pıçıldadıqlarını üzü Tanrıya, üzü sabahlara yönəldir. Və bu sabahlarınaçılacağına inamlıdı. Ona görə də o ürəyin sahibi çox rahat bir şəkildə özünə vəhamıya deyir:

- Nəyaxşı açılır sabahlar hələ!

Vəsabahların açılacağını misralayır - həm özü üçün, həm sevənləri üçün, həm dəoxucuları üçün:

Yenə dəgileylər, yenə də ahlar,

Yenə də yuxumupozan günahlar.

Yenə dənağılda oyaqdı şahlar,

Nə yaxşıaçılır sabahlar hələ.


...Ah –dedim, bu ahın aynası mənəm,

Günahınbütövü, parası mənəm,

Şahınqılıncının yarası mənəm,

Nə yaxşısözlərin zülməti qovur,

Nə yaxşıaçılır sabahlar hələ.

Doğrudanda hər açılan sabahla yeni ümidin qapısı da üzümüzə açılır və biz o açılanqapının haqdan olan icmarıcını könlümüzün qisməti, qədəri kimi də qəbul edirik, onun təmənnasızlığınainancımız bizi ayaqda saxlayır. Və belə məqamlarda təkcə özüm yox, həm də çevrəmxatirələrm sənin üçün daha bir təkanverici gücə, daha bir təsəliyyə yol açmışolur. İnanırsan ki, sabahında ümidlə yanaşı işıq xəbəri də var. Bu elə bir xəbərdiki, o işığın izinə düşüb getmək, getmək mümkündü. Təbii ki, istəyinə, sevginə,ümidinə doğru. Və gedə-gedə də yol boyuürəyinlə danışırsan:


Dünyaağrılardan çətin qoruna,

Kimiyarıtdıq ki, kimə yarına.

Bayatsevdaların düşdüm toruna,

Hardasanunutma, ay adam, məni.


Bir ömüratlıymış piyadası mən,

Əlindəndağılan piyaləsi mən.

Enən sükutuyam,uçan səsi mən,

Hardasanunutma, ay adam məni.


Ocaq bəseyləməz korun dünyaya,

Gör necəqıyıblar, görün dünyaya.

İşıq xəbərivar korun dünyaya,
Hardasan unutma, ay adam məni.

Həqiqətəndünya işığından uzaq düşən üçün, yəni kor adam üçün dünyasına işıq xəbəriçatdırmaq, onun qapısını işıqla döymək ən böyük insanlıqlardan biridi. Buinsanlığın isə ünvanı unudulmayan adamlardı. Elə İnqilab İsaq da üzünü həminadamlara tutmaqla bahəm, həm də özünün də o sırada olduğunu həzin bir not üzərindəşeirləşdiribdi. Və oxucuya çatdırıb ki, havadan, şəraitdən asılı olmayaraq,sözün böyük mənasında adamları unutmaq olmaz. Axı:

Tutqunhavada iblis gözünü,

Yalnızqaranlıqdı seçib ayıran.

Xoşbəxtolmağın da çarəsi yoxmu?

Ömrünqum saatı..., günü sayıram.


Bu qorxunchalımın baisi kimdi?

Nə Adəm,nə Həvva tapmadı cavab.

Oxunuryuxulu uşaq gözüylə,

Tanrıüzümüzə açdığı kitab.


Qeybə çəkilənlərdeyil uzaqda

Ayrılıqnəfəsdi solan çiçəyə.

Dahayuxularım adam dirildir,
Bəxtimlə əlüstü barışım deyə.

Mənə eləgəlir ki, bu misralar əslində tutqun havanın ifadəsi deyil. Sadəcə gerçəkliyin,barışdığımız anın təsviridi, tərənnümüdü. Çünki biz bəxtin, qədərin həm özüyük,həm daşıyıcısı, həm də onunla baş-başa gəlib savaşanı! Ona görə də hər anda, hərfürsətdə işıq axtarırıq bəxtlə həmfikir olmağa.

Bəli,inqilab İsaqın "İndi elə təkəm ki..” kitabı sözün içərisində, çevrəsində, həyət-bacasında,sözə gedən yolda olan hər kəs üçün yaxşı bir hədiyyədi. Və mənə elə gəlir ki,bu kitab həm də təkliyə qarşı savaşanlarınçiyindaşı, silahıdı. Uğurlu olsun!

P.S. Dəyərliqələm dostum, zənnimcə təklikdən gileylənmək sənin şeirlərinin, söz dünyanınhavasına uyğun gəlmir. Bəlkə bu barədə düşünəsən.

Əbülfət MƏDƏTOĞLU