adalet.az header logo
  • Bakı -°C
20 Mart 2026 18:16
74
DÜNYA
A- A+

İncirlik bazasında həyəcan siqnalı - Türkiyə MN-dən açıqlama

Türkiyənin Milli Müdafiə Nazirliyi İncirlik aviabazasında siren səslərinin eşidilməsi barədə sosial mediada yayılan məlumatlara bağlı açıqlama yayıb.

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

"Sosial mediada İncirlikdə siren səslərinin eşidilməsi barədə iddialar paylaşılıb. Heç bir hücum və ya mənfi vəziyyət yoxdur. Sözügedən vəziyyətin yanlış həyəcan siqnalı olduğu qiymətləndirilir", - deyə nazirlikdən bildirilib.