adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Yanvar 2020 10:30
97962
MƏMLƏKƏT

Inanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı

(İkinci yazı)


-Əziz tələbələr, sizə bildirmək istəyirəmki, bu il yalnız jurnalistika fakültəsinin ödənişləri yarıbayarı endirildi. Təhsilalacağınız düz beş il müddətində ildəyalnız 240 dollar ödəyəcəksiniz !

Əntiqə, indi gəl, ölmə...! Necə sevindiyimi,elə "rektorun başının dəstəsi” nin yanındanecə "cikkə” çəkdiyimi illər keçsə də, unutmuram. O anda bütün patok səssizliyəqərq oldu. Rektorun gülməyi və başını yelləyib getməsi mənim o "axmaq” hərəkətiməşirinlik qatdı. Və, elə o gündən nə vaxt çətinliyə, əlacsız duruma düşdümsə oziyarətgaha qaçdım. Orda Allahıma dedim dərdimi. Mir Mövm ağanın qəbrinin yanıında.

Yeri gəlmişkən,jurnalistİradə İsaqın maraqlı bir məlumatı da nəzərinizəçatdırıram:"Əvvəlateist olan, daha sonra Ağa sayəsində dinə-imana gələn tədqiqatçısı GeorgiyZapletin deyir ki, Azərbaycanın MK-nın keçmiş baş katibi Qasım İsmayıloviclasda Ağadan danışır ki, "biz cəhalətə qanad vermişik filan”. Qasımİsmayılovun səsi həmin iclasda qəfildən tutulur. Anlayır ki, iş nə yerdədir,birtəhər başa salır ki, məni Ağanın yanına aparın. Bu vaxt bacısı Səkinə xanımAğaya bozbaş yedirirmiş. Hadisəni Ağaya danışanda o gülümsünür, bacısına nəsədeyir. Xanım deyir ki "Ağa istəyir ki, siz bu bozbaşdan bir-iki qaşıq yeyəsiniz.O da yeyir və yarım saatdan sonra səsi açılır”. Bunu mənə SSRİ-nin Xalq artistiMikayıl Abdullayev öz şərəfi üzərinə and içib danışıb ki, danışdığı bu hekayənigözləri ilə görüb”



MirMövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu müsahibələrinin birindədeyir:”Xalq arasında Ətağa adı ilə tanınan Ağa Seyidəli Mir Abutalıb oğluMirmövsümzadə 1950-ci ildə dünyasını dəyişib və ziyarətgahda torpağatapşırılıb. Bütün Bakının kişilərinin çiyni növbə ilə bu tabuta dəyib. 2 dəqiqədənbir adamlar dəyişirdi. İçərişəhərdən Şüvəlana qədər insanlar tabutu piyada,çiyinlərində apardılar.Ağa hələ sağlığında əfsanəvi bir nüfuza, insanlararasında dərih hörmət və ehtirama malik olub. Bu gün də İçəri Şəhərdə ziyarətgaholan evində hər zaman insanlar tərəfindən ziyarət olunur. O, insanlara təskinlik,inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, səfa gətirən fitriistedad, ecazkar qabiliyyət sahibi kimi böyük nüfuz qazanmış, şöhrəti Azərbaycanınhüdudlarını aşıb uzaqlara yayılmışdır. Minlərlə insan onun kəraməti sayəsində əlacsızsayılan azar-bezardan qurtulmuş, yüzlərlə sonsuz qadın nicat tapıb analıq səadətinəqovuşmuşdur. Camaat ona pənah gətirər, onun ilahi vegisinə inam bəsləyərdi.Cahan müharibəsi illərində oğulları, ərləri ölüm-dirim vuruşu aparan analar, gəlinlərAğanın ocağına üz tutur, əzizlərinin cəbhədən sağ-salamat qayıtması üçün ondanxeyir-dua diləyirdilər.

Yenədəjurnalist İradə İsaqın bu mövzuda olan reportajından bir faktı xatırladırıq:"Qönçə xanım deyir ki, Amerikanın eks-səfiri Enn Dersi bizim ailəni həmişə tədbirlərinəçağırırdı, qonaq edirdi. "O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndəbiz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona Ağanın şəklini verdik, öpübbağrına basdı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləribizdə olub. Corc Buşun ikinci müavini də bizdə olub, zənci idi. Dedi Ağa haqda eşitmişəm.Amerikada da Ağanı yaxşı tanıyırlar. Yoldaşım ona dedi ki, sən Ağadan mətləbistə, görərsən olacaq, onda bir daha əmin olacaqsan ki, bu necə möcüzəliAğadır. Biz bu sözü dedik və yadımızdan çıxdı. O getdi, bir həftədən sonra bizəsəfirlikdən zəng vurdular. Heç demə, bura gələndə onun vacib sənədlərlə doluolan çantası itib. Biz "mətləb istə” deyəndə o ürəyində tutub ki, "Amerikayagedənə qədər çamadanları tapılsın”. Vaşinqtona çatanda ona zəng vurublar ki,çamadan tapılıb. O da zəng vurdu ki, ocağa təşəkkürümü bildirin. Mən bir dahainandım o ocağa”.



Son günlər əvvəl işlədiyim qəzetdə incidildiyimi , haqsızyerə danlandığımı, haqqıma girildiyini, bir sözlə təkləndiyimin fərqindəydim.Yenə də üz tutdum o müqəddəs məkana. Orda , Mir Möhsün ağanın yanındaYaradanıma başıma gələnləri danışdım, incidildiyimi, atamın-qardaşımın (şikayətyerimin olmaması) yoxluğu səbəbi ilə Ona pənah gətirdiyimi söylədim. Ziyarətgahdançıxanda isə ürəyim xeyliyüngülləşmişdi. İçimdəbir hiss vardı, elə bil Yaradanım mənə pıçıldadı;”Qorxma mən səninləyəm! Sənə qardaşı-atanı əvəz edəcək insanlargöndərəcəm”.

15 il işlədiyimqəzetdən tam əsassız və savadsıziddalarla, qərəzli olaraq çıxarıldım. Məqsədo idi ki, Əntiqəni çörəklə imtahana çəkək, ona öz dediklərimizi elətdirək. Yəni, sosial şəbəkədə yayımlananQarabağla bağlı videomüraciətimi, Feysbuk səhifəmdə paylaşdığım foto və digərpaylaşımlarımın silinməsini tələbedirdilər. Mənim etirazım üzərinə məni işdən çıxartdılar. İşdən çıxarılma "ƏMR” i əlimə alan kimi ilkağlıma gələn doğma ocaq "Ədalət” qəzeti oldu. (Vallah bununda bir hikmətolduğunu düşünürəm). "Ədalət” qəzetinin baş redaktoru hörmətli İradə Tuncay məniqəbul elədi. Başıma gələnləri danışdım və iş istədim:” Mən Aqil müəllimlədanışacam, amma sən birinci gün işə gəl!”

Haqsız işdən çıxarıldığımın zərbəsini, "Ədalət” qəzetinəişə düzəlməyim, elə bilin, tam neytrallaşdırdı. Həm ailəmiz cörəksiz qalmadı, həm də qapılara düşüb iş axtarası olmadım. AqilAbbasın adı, mənə qarşı güclənən söyüş, təhqir, qarayaxmakampaniyasının, keçmiş müdürün əsassızhücumlarının qarşısını aldı. Elə bil"Ədalət” qəzetinin rəhbərliyini (İradə xanım və Aqil müəllim) Allahım mənəata-qardaş olaraq göndərdi ki, mən onlara sığınım.

Və son olaraq... əziz oxucular, ilk öncəAllaha sevginiz, sonra isə Allahın seçdiyi fenomen insanlarainancınız, ağsaqqal və ağbircəklərimizə sayğınız olsun! QalanınıAllah görür! Allahın amanında olun!

İnancımızı və insanlığımızıitirməyək!


Əntiqə Rəşid

Adalet.az