İnanan daşa dönsün!
Deyirlər ki, hər səhər avtobuslar xəttə çıxmazdan öncə texniki baxışdan keçirilir və eləcə də sürücülər həkimlər tərəfindən müayinə olunur.
Əgər avtobusda texniki qüsur yaranarsa, yaxud da sürücünün səhhətində problem olarsa, onların fəaliyyətinə icazə verilmir. İmanımızı yandıra bilmərik “BakBus” və digər nümunəvi marşurtları istisna etməklə deyə bilərik ki, Bakıda heç də əksər marşurtlarda səhər saatlarında avtobusların texniki nasazlığı yetərincə yoxlanılmır. Və sürücülər də tibbi müayinədən keçirilmir. Bu, ən çox Bakı qəsəbələrində- Mərdəkan, Şüvəlan, Nardaran, Pirşağı, Novxanı, Hövsan və Yeni Günəşli istiqamətində hərəkət edən marşurtlarda qeydə alınır.
Məsələn, metronun “Neftçilər” stansiyasıdan Yeni Günəşliyə gedən 50 nömərli marşurtda texniki sazlıqdan və həkim müayinəsindən söhbət gedə bilməz.
Əksər marşurtlarda həkimlərin sürücüləri yoxlaması formal xarakter daşıyır. Həkim möhürün lazımı sənədlərə vurur və “ şirinliyini” alır. Yəni sürücü həkim tərəfindən müayinə edilmir. Belə də olanda bir avtous tez-tez texniki nasazlıq üzündən sıradan çıxır, ya da sürücü sükan arxasında özünü pis hiss edir.
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Mart 2026 15:43
Leyla və Arzu Əliyevalar "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar - FOTOLAR
05 Mart 2026 13:01
17 dərəcə isti olacaq - PROQNOZ
04 Mart 2026 16:49
Ötən il aliment ödəməyən 2344 nəfər həbs edilib
04 Mart 2026 12:45
Novruz yarmarkaları başlayır - ÜNVANLAR
04 Mart 2026 12:02
Pensiyaçılara şad xəbər - Ödənişlər qrafikdən əvvəl veriləcək
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10


Bakı -°C

