İmişlidə qəzada xəsarət alan uşaq ölüb
Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Xatırladaq ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Digər Xəbərlər
14 Noyabr 2025 10:49
Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir - VİDEO
14 Noyabr 2025 10:45
Bacısı Əhmədin şəhid olduğunu yuxuda görübmüş - FOTO
14 Noyabr 2025 10:02
Metroda qorxulu anlar - Giriş-çıxış bağlandı
14 Noyabr 2025 09:58


Bakı -°C

