adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 May 2020 09:10
102399
MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

"Kənd müəllimi”nin növbəti qonağı Xızı rayonuTürkoba kənd ümumi orta məktəbinin biologiya müəllimi Şaiq Quliyevdir.

-Öz təhsilinizdən, Xızı məktəbinə necə gəlməyinizdəndanışardınız.

-Ortaməktəbə 2000-ci ildə doğulduğum kənddə - İmişli rayonu Muradalılı kənd tam ortaməktəbində başlamışam. 2007-ci ildən Bakıda yerləşən Kimya-Biologiya TəmayüllüRespublika Liseyində orta məktəbi davam etdirib, 2011-ci ildə məzun olmuşam. Eləhəmin il Lənkəran Dövlət Universitetində "Təbiyyat” fakültəsinə – "Kimya vəbiologiya müəllimliyi” ixtisasına qəbul olmuşam. 2015-ci ildə məzun olduğum ilmagistratura pilləsinə qəbul olsam da, bu təhsilin arxasınca getmədim və hərbixidmətə yollandım. Hərbi xidmətdən qayıtdıqdan sonra 2017-ci ildə həmmagistratura, həm də müəllimlərin işə qəbulu imtahanına daxil oldum və hərikisindən uğurla keçdim. Odlar Yurdu Universitetində "İnformasiyatexnologiyaları və sistemləri mühəndisliyi” fakultəsində "İdarəetmədəinformasiya sistemləri” ixtisası üzrə axşam növbəsində təhsil aldığım üçün bu mənimişləməyim üçün maneə yaratmadı. 2019-cu ildə məzun oldum. Yuxarıda da qeydetdiyim kimi 2017-ci ildə müəllimlərin işə qəbul imtahanından da uğurla keçdimvə o vaxtdan Xızı rayonu Türkoba kənd ümumi orta məktəbində işləyirəm.

-Məktəbinizin infrastrukturu sizi qaneedir?

-Bizimməktəb çox böyük olmasa da sevimli şagirdləri və kollektivi ilə seçilən bir məktəbdir.Düzdür əzəmətli binası, yüksək infrastrukturu, möhtəşəm yolları yoxdur. Ammaböyük hissəsi gənc kadrlardan ibarət çox mehriban bir kollektiv, yüksəkuğurlarımız bütün rayonda "Türkoba məktəbi”ndən danışmağa bəs edir.



Avtobusun arxa qapısıkişilər, qabağı xanımlarçündü

-İmişli ilə işlədiyin kəndin oxşar və fərqlilikləriolmamış olmaz.

-Əslindəmüxtəlif mühitlərdə, fərqli yaşayış tərzlərində böyümüş fərqli düşüncəliinsanları çox görmüşəm. Çünki lisey vaxtı yataqxanada qalırdım və mənimlə bərabərrespublikamızın bütün rayonlarından şagirdlər var idi. Həmçinin universitet Lənkəranda,hərbi xidmət Naxçıvanda olmağı da bu qəbildən olan məsələlərdəndir. Elə ona görədə Xızı rayonunun insanlarına uyğunlaşmaq çətin olmadı. Amma əlbəttə ki, düşüncələrdəbəzi fərqlər var. Məsələn, avtobusun arxa qapısı yalnız kişilərin minib-düşməsi,ön qapısı isə yalnız xanımların minib-düşməsi üçündür.

Koronavirusa görə məktəblər bağlıdır.İmişlidən Xızıya, kəndən-kəndə onlayn dərs keçmək elə də asan olmaz. Burainternet problemini də əlavə etsək.

-Onlinedərs keçmək üz-üzə keçməkdən qat-qat çətindir. Qarşındakına virtual yollaenerjini ötürə bilmək çox çətin məsələdir. Şagirdlərin ev tapşırığına nəzarət məsələsidə virtual olaraq çətinləşir. İnternet, kompyuter, smartfon və s. bu kimiproblemlərin nə dərəcədə olduğunu isə hamı çox gözəl bilir. Mən təkcə onu əlavəedəcəm ki, heç bir sinifdə şagirdlərin 100%-i eyni zamanda dərslərə qoşulabilmir. Hər dəfə hansısa şagirddə bu və ya digər problem yaranır. Hətta, bu 2ay ərzində heç bir dərsə qoşulmayan şagirdlər də var. Provayderlərin və mobiloperatorların internet şəbəkələrindən isə qətiyyən razı deyiləm.

-Şagirdlərinçox sevir sizi.

-Eləmən də şagirdlərimi çox sevirəm. (gülümsəyir). Düşünürəm ki, olduğum sosialortamlarda yaxşı münasibət qurmağı bacarıram. Hər nə qədər açıq sözlü olsam da,insanların xətrinə dəyməyi heç sevmirəm. Məktəbdə həm şagirdlər, həm müəllimlərləyaxşı münasibətim var. Məktəbin həyətinə çatanda uşaqların "Şaiq müəllim gəldi”qışqırıb sevinmələri qürurvericidir.


-Əlavə repetitorluqla məşğulsunuz, kurslardaçalışırsınız.

-Hər kəs yaxşı bilir ki, məktəbdə müəllimlərə verilənəməkhaqqı o qədər də bu günkü dövrün xərclərini ödəməyə kifayət etmir. Həm dəçox dərs saatım olmadığına görə özəl kurslarda da fəaliyyət göstərirəm. Ammabunu tək maddi ehtiyacla da bağlamaq olmaz. Həm də çox marağında olduğum "məntiq”fənninin məktəbdə tədrisi nəzərdə tutulmadığı üçün bu mənəvi ehtiyacımı kurslardaödəyirəm. Onu də qeyd edim ki, məntiq öyrənmək istəyənlərin əksəriyyətimagistraturaya və müəyyən iş yerlərinə qəbul olmaq istəyənlərdir. Ona görə dəkurslardakı tələbələrin yaşı 20-dən yuxarı olur.

-Sizdən böyük tələbələrinizvar?

-Bəli. Hər il məndən böyük tələbələrim olur. Ammabu mənim üçün o qədər də fərqli olmur. Eyni qaydada dərsimi keçirəm və lazımolanda tənbeh də edirəm. Onlar da müəllim-tələbə münasibətlərini heç vaxtpozmayıblar. Hər şey tədris çərçivəsində davam edir.

-Bu kənd məktəbində başına maraqlı hadisələr də gələr.

-İlk iş ilim idi. Həftədə bir dəfə dərsdənkənar məşğələkeçirdim. Məktəbə yaxın ərazidə kəndin kənarında quşçuluq fabriki yerləşir. Birgün bu fabrikin müdirü ilə telefon vasitəsilə əlaqə yaradıb uşaqları bu fabrikdəgəzdirmək üçün icazə aldım. Məqsədim uşaqları infrastrukturla və iş mühiti ilətanış etməkdi. Fabrikin qapısına çatdıqda biz mühafizəçi qarşıladı. "Sizə nəzarətedən bir müəllim gəlməyib?” – deyə soruşdu. Cavab verdim: "Mən gəlmişəm”. Səndemə bu məni şagirdlərdən biri kimi bilib. Gənc müəllim olunca belə şeylər dəolur.

-Məktəbiniz müasir təhsilsistemini tədris etməyə imkan verir?

-Əslində məktəbimizin çox kiçik bir binası var. Hərsinfi bir otağa yerləşdirdikdə müəllimlər otağı qalmadığı üçün dərsi olmayan müəllimlərmülayim hava olduqda həyətdə, soyuq və yağışlı havalarda isə koridorlarda ayaqüstündə qalırlar. Amma uşaqların oxumaq eşqi müəllimləri dərs keçməyə həvəsləndirir.

Kurikulum sözü gündəmə gələn gündən daim müzakirələrəsəbəb olub və həm təhsil işçilərinin, həm də ictimayətin bu sistemlə bağlıfikirləri müxtəlifdir. Kurikulum bir növ oyun tipli təhsil sistemi olduğundan ənənəvisistemlə müqayisədə şagirdlərə daha cəlbedici gəlir. Şəhər məktəbləri iləmüqayisədə infrastruktur zəif olsa da, sinifdəki şagirdlərin az olması dahayüksək uğurlar əldə etməyə imkan verir.

Söhbətləşdi: EminPiri