İmişlidə 2 min ot bağlaması yanıb
İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb.
Hadisə axşam saatlarında Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus təsərrüfatda qeydə alınıb.
Yanğın nəticəsində 2 000 ot bağlaması, həmçinin bir neçə ev quşu və tövlənin bir hissəsi yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. 8 ton ot yanğından mühafizə edilib.
Yanğının digər ərazilərə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14