adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2020 13:43
27525
HADİSƏ

İmişli sakininin evindən çoxlu sayda silah tapıldı

İmişlisakinindən silahlar aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz "AKS-47” markalı avtomat, beşədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, birədəd "ME-800 General” markalı qaz tapançası, birədəd "Agent” markalı qaz-siqnal tapançası və ona aid üçədəd patron aşkar edilərək götürülüb.