adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 May 2020 09:14
63881
ŞOU-BİZNES

İmicin sahibi Röyadır! - Natavana zərbə! Səidəyə “sus”!

Son günlər dünya şöhrətli stilistvə vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanın imici üzərində etdiyi180 dərəcəlik dəyişimi izləyicilər tərəfindən heyrətlə qarşılanıb və hazırda ənqalmaqallı mövzulardan birinə cevrilib.

Adalet.azxəbər verir ki, bir neçə gün sonra isə stilist Gusik Simonun müğənni Natavan Həbibininqısa saçlarını parik vasitəsi ilə uzadaraq, dalğavari etməsi Röyanın yeniimicinin birə-bir oxşarlıq olması diqqətdən yayınmayıb.

Hərçənd,Natavan Həbibi sosial media hesabında bu mövzuda yayılan şaiələrin əsassızolduğunu və Röyadan daha öncə etməsini yazsa da, onun bu addımı sosial şəbəkəistifadəçiləri tərfindən birmənalı qarşılanmayıb. Onlar Həbibini Xalq artistinitəkrarlamaqda günahlandırıblar.

Natavan, Səidə...Röyaya qarşı kompromis?

Xalq artisti Röya Ayxanla müğənniNatavan Həbibi arasında gedən imic qalmaqalına bu dəfə Səidə Sultan da qoşulub.


Natavanyeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçünsaçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onunbir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.

Natavan və Röya hər gün İnstaqramda hekayə bölümündə yeni bir foto yayımlayaraqtarix yazaraq, ilk özünün bu addımı atdığını iddia etməyə çalışıb.
Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb.O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkiliistədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəklimən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Faktgöz önündədir" sözlərini yazıb.

Natavan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şeyfikirləşir yazıq" şərhini qeyd edib.

Məsələəslində necədir?


Qalmaqallı məsələyə Anar Ağakişiyev ATV-də yayımlanan "Birlikdə güclüyük” səhərşousunda qonaq olarkən geniş şəkildə aydınlıq gətirib.

Dünyaşöhrətli stilist qarşı tərəfin "Bu imici birinci biz etmişik” iddialarını canlıefirdə yalanlayıb:


"Əslindəheç istəməzdim bu cür cılız qalmaqal haqqında danışım. Heç ürəyimcə olmadı bucür müqayisə. Təklif Röya Ayxandan gəldi. Karantin zamanısöylədi ki, yenifotosessiya etmək istəyirəm. Cavab olaraq dedim ki, yeni imic dəyişikliyi üçünbir az düşünməliyəm. Röya o müddətdə geyim seçimlərini və digərləriniözüetmişdi. Bir tək qalmışdısaç və makiyaj. Karantində saçla bağlı bir az əziyyətçəkdim, çünki onların satıldığı mağazalar bağlı idi. Mən də bu niyyətlə həmkarlarımdanbirinə (Gusik Simon - red.) müraciət etdim. O da məmnuniyyətlə pariki tapıb mənəverdi.

Ammahəmkarımdan saç istəməyimə görə çox peşmanlıq çəkdim. Çünki 21 apreldə ondanalıb pariki Röyanın saçlarına taxıb, fotosessiyanıetdik. Həmkarım 25aprel tarixində bizdən sonra Natavanın saçlarına həmin pariki taxaraq, çəkilişdəistifadə edib. İstəyirdilər ki, bu məsələni elə fırlatsınlar ki, guya bizonlardan sonra etmişik. Xırda, cılız və gülməli qalmaqaldır.

Natavanınhər zaman uzun saçları olub. Röyadan sonra dünya ulduzu Rihanna saçlarınıuzadaraq, eyni saç düzümündə kamera önünə keçib. Onda belə çıxır ki, RihannaRöyadan oğurlayıb? Çox gülməlidir. Belə bir şeylər etməyə heç gərək yox idi.

Qarşıtərəf sözlərimdən incisinvə ya inciməsin. Röya ilə Natavan arasında bənzərliksıfıra bərabərdir. Xalq artisti Roya Ayxan ilə fotosessiyanı ilk biz təqdimetdik. Amma hər iki ulduza taxılan parik eynidir. Qarşı tərəf bunu bilib, etməməliidi”.

Müğənni Günay İbrahimlidən addım...

Müğənni imicini dəyişdikdən sonrastilində də yenilik edib.

Günay İbrahimli də həmkarı Röya Ayxanı görüb həvəslənərək stilində yenilik edib. Belə ki, o, sosial mediahesabında paylaşdığı fotoda topik geyərək göbəyi aşıq görüntülənib.
Foto izləyicilər tərəfindən bəyənilərək şərh atəşinə tutulub.

İmic qalmaqalına da belə son qoyuldu.

Əntiqə Rəşid