İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur.
Kitabxanadan bildirilib ki, "Şair və yazıçı tribunası” sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb.
Monoqrafiya "Ön söz”, "Nəsimi Şirvani haqqında”, "Nəsiminin gəzdiyi coğrafiya”, "Nəsimi şeirinin qaynaqları”, "Hürufiliyin mənbəyi və təzahürü”, "Sakral rituallar”, "Nəsimi yaradıcılığı”, "Nəsimi şeirinin ecazı” və s. bölmələrdən ibarətdir.
Əsərin elmi redaktoru, filologiya elmləri doktoru Fəridə Əzizova, elmi məsləhətçilər, akademik Vasim Məmmədəliyev və İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Digər Xəbərlər
29 Aprel 2024 12:31
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03