İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
Ölkə üzrə ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.
Bildirilib ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.
Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki, məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı, özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli səriştələrinin formalaşması vacibdir.
Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Digər Xəbərlər
22 Yanvar 2026 10:54
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlandı
21 Yanvar 2026 20:13
Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşdü
21 Yanvar 2026 10:21
Beynəlxalq reytinqlərdə adı olan universitetlərimiz- SİYAHI
20 Yanvar 2026 18:08
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anıldı - FOTOLAR
18 Yanvar 2026 13:53
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı - FOTOLAR
16 Yanvar 2026 11:17
Eksternat imtahanı keçiriləcək
16 Yanvar 2026 10:14
Polis Akademiyası işə qəbul elan edir
12 Yanvar 2026 17:41


Bakı -°C

