İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Adalet.az xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
13:10
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
12:47
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
25 Aprel 2026 14:12
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Aprel 2026 13:55
İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir
25 Aprel 2026 13:53
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Aprel 2026 13:49
Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilsin - Zelenskidən təklif
25 Aprel 2026 13:47
İlham Əliyev SOCAR-ın Ukraynadakı fəaliyyətindən danışdı
25 Aprel 2026 13:45
"Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" - Prezident
25 Aprel 2026 13:25
Liderlərin görüşündən yeni kadrlar
25 Aprel 2026 12:30


Bakı -°C

