İlham Əliyev “Yanardağ” qoruğuna baş çəkdi
Prezident İlham Əliyev "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
Adalet.az xəbər verir ki, qoruqdakı vəziyyətlə tanış olan dövlətimizin başçısı burada şəraitin dözülməz olduğunu bildirdi.
Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27