İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
AZƏRTACxəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.
Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Prezident və Birinci vitse-prezident görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.
Digər Xəbərlər
30 Aprel 2024 18:36
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ
30 Aprel 2024 13:43