İlham Əliyev Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Adalet.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiqlənib.
Sənədə əsasən, fərmanda göstərilən Əlavə Prosedur Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Prosedur Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Digər Xəbərlər
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04
Azərbaycan XİN Çilini təbrik etdi
18 Sentyabr 2026 08:26
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
17 Sentyabr 2026 20:07
İlham Əliyevin TDT ölkələrinin rəsmiləri ilə görüşündən ƏSAS MESAJLAR- FOTOLAR
17 Sentyabr 2026 19:26


Bakı -°C

