adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Noyabr 2022 19:21
1353
AVTOMABİL

İlham Əliyev “Togg”a görə Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı “Togg”un kütləvi istehsalına başlanılması münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.