İlham Əliyev: “Qarabağ regionu Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük potensialı var və Qarabağ regionu ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji sahəsində əhəmiyyətli potensiala malikdir və ilkin hesablamalara görə, bu, 10 min MVt-a yaxındır:
“Biz işğaldan azad edilmiş bütün əraziləri elektrik enerjisi ilə tam təmin edirik. Ümid edirik ki, tezliklə Cəbrayılda 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. Ümumiyyətlə, biz işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji potensialını qiymətləndirdik, ilkin məlumatlara görə, bu, təxminən, 10 min MVt təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyası inşa etmişik. Onların ümumi gücü 500 MVt-dan çox olacaq. Yerdə qalan elektrik stansiyaları günəş və külək enerjisi ilə çalışacaq”.
Prezident İlham Əliyevin sözlərinə görə, bura təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrinə qaçmağa məcbur olmuş insanlar qayıtmayacaq:
“Bu region həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək. Azad edilmiş ərazilərimizdə nəhəng su resursları var, işğal illərində biz bütün bunlardan məhrum olmuşduq. Çünki ermənilər təkcə bizim şəhərləri deyil, bizim resursları da işğal etmişdilər. Onlar qeyri-qanuni olaraq faydalı qazıntıların hasilatı ilə məşğul olublar. Çayların qarşısını kəsirdilər və biz minlərlə hektar əraziləri suvara bilmirdik. İndi biz öz çaylarımızı, öz torpaqlarımızı qaytarmışıq”.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
17 Sentyabr 2026 11:55
2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansında nələr dəyişib?
17 Sentyabr 2026 09:44


Bakı -°C

