İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi.
Dövlətimizin başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirdi.
Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğuladı.
Pakistan İslam Respublikası Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğuladı.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edildi. Həmçinin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi-ticari sahələrdə əməkdaşlığımızın genişləndirilməsinin, birbaşa hava əlaqəsinin bərpasının önəmi bildirildi.
***
12:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 11:43
“Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər”
06 Oktyabr 2026 11:26
Milli Məclisin sədri Sahibə Qafarova APA-nın koordinasiya iclasında çıxış edib
06 Oktyabr 2026 11:04
“Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü...”
06 Oktyabr 2026 10:49
İsrail Yəməndə üstünlük əldə edir – Politoloq
06 Oktyabr 2026 10:37
Şahin Mustafayev Overçukla görüşdü - Bu məsələlər müzakirə edildi
06 Oktyabr 2026 10:15
Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub - XİN
05 Oktyabr 2026 21:02
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
05 Oktyabr 2026 20:50


Bakı -°C

