Yağışlı havalarda...
Heç kimə sirr deyil ki, qarlı , yağışlı və dumanlı havalarda nəqliyyat vasitələrini idarə etmək daha da çətinləşir. Çünki avtomobil yolları belə havalarda sürüşkən olur, sanki qəzalar üçün münbit şərait yaradılır! Artıq bir neçə gündür ki, respublika ərazisində qeyri- sabit hava şəraiti hökm sürür.
İntensiv yağışlar yağır, hətta Qubanın Xınalıq kəndinə 10 santimetr qar düşüb. Heç şübhəsiz ki, bu da magistral yollarda avtomobillərin idarə edilməsində qəza şəraiti yaradır! Əlbəttə, bu da istər - istəməz hərəkət iştirakçılarını narahat edir! Ona görə də magistral yollarda sürücülər belə qeyri- sabit havalarda sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, yolun şəraitinə uyğun hərəkət etməlidir. Eyni zamanda yağışlı havalarda ötmə əməliyyatı və maneələr düzgün yerinə yetirilməlidir!
Bir faktı da qeyd edək ki, günün qaranlıq saatlarında yağış yağanda və yollar yaxşı işıqlandırılmayanda sürücülər yolu və hərəkət iştirakçılarını, o cümlədən piyadaları yaxşı görmür və bu da bəzi hallarda piyadavurma halları ilə nəticələnir! Bir sözlə, belə qeyri-sabit hava şəraitində sürücülər daha diqqətli olmalıdır! Ki, hər hansı yol-nəqliyyat hadisəsi, o cümlədən ağır qəzalar baş verməsin!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
06 Oktyabr 2026 12:46
Sabah Azərbaycanda intensiv yağış yağacaq
06 Oktyabr 2026 12:13
“Bu, fermerin satışla bağlı riskini azalda bilər...”
06 Oktyabr 2026 10:07
Həcc ziyarətində cərimələnə bilərsiniz - Zəvvarlar üçün yeni qayda
05 Oktyabr 2026 18:18


Bakı -°C

