İlham Əliyev misirli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
01 Noyabr 2025 11:53 İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
01 Noyabr 2025 09:26 Hikmət Hacıyev diplomatların Zəngəzur dəhlizinə səfəri ilə bağlı paylaşım etdi
31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
31 Oktyabr 2025 12:03 

Bakı -°C 






