adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Noyabr 2017 14:57
6453
GÜNDƏM

İlham Əliyev Marqvelaşviliyə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

Adalet.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, xeyli insan yaralanıb.