İlham Əliyev “Leonardo” şirkətinin rəhbəri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə "Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.
Görüşdə vurğulandı ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20