İlham Əliyev Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyub
Mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.
Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.
Digər Xəbərlər
18 Noyabr 2025 13:05
Bizi niyə aldadırlar?
18 Noyabr 2025 12:46
"Böyük qayıdış": Horovluya köç - YENİLƏNİB
18 Noyabr 2025 12:01
“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi - FOTOLAR
18 Noyabr 2025 10:14


Bakı -°C

