İlham Əliyev İtaliya Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.
Adalet.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır.
Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.
Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.
Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan
İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.
Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik.
Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

