İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq
Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edən ölkələr COP keçirsə də, media hücumlarına məruz qalmayıblar.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
"Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir" , - dövlət başçısı vurğulayıb. "İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir" , - Azərbaycan Prezidenti əlavə edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacaq.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

