"İlanlı qız" polis tərəfindən saxlanıldı
Sosial şəbəkələrdə "İlanlı qız" kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.
Adalet.az Patrul.az-a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.
Bu araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.
Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.
Digər Xəbərlər
02 Avqust 2026 18:37
“Oynadığım obraz karmama çevrilib“
31 Iyul 2026 16:19
Gülbən Ergənin "Instagram" gəliri gündəm oldu
31 Iyul 2026 15:14
Zümrüd Qasımovanın ailəsində ağır itki
30 Iyul 2026 13:21
Oğlu Miri Yusifi sevindirdi
30 Iyul 2026 09:55
Nigar Camalla bağlı ACI XƏBƏR
29 Iyul 2026 19:28
Eminin anası və atasının həyat yoldaşı eyni kadrlarda - VİDEO
29 Iyul 2026 17:53
"Qardaşımın qatilinin adını açıqlaya bilmədən öldü" - Nahidə Orucova
29 Iyul 2026 15:18


Bakı -°C

