adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyun 2017 16:14
121191
MƏMLƏKƏT

İLAN VURAN ALA ÇATIDAN QORXAR

Hər il yaz və yaymövsümü gələndə insanların ilanla bağlı problemləri də bir qədər artır, çoxalır.Çünki elə ilanlar da isti havaları xoşlayır, özlərini günə vermək üçün kol-kosun,otun arasında qıvrılıb yatırlar. Təbii ki, ilan da bir canlıdır və o da havalarınistisindən bəhrələnmək istəyir. Bir də ki, bütün canlılar yaşamaq uğrunda mübarizəaparır. O cümlədən ilanlar da özlərinə sərfəli yerlər axtarırlar.

Yayın istisində birdə görürsən ki, lap avtomobil yolunun ortasında bir ilan qıvrılıb yatıb. O qədəryolda ilanların maşınlarla vurulması hadisələrinə rast gəlmişik ki. Aydındır ki,ilan bayaq dediyimiz kimi, özünə sərfəli yerlər axtarır. Və onlar ən çox insanlarınməskən saldığı, yaşadığı, işlədiyi sahələrə gəlib çıxırlar. Bax, bu zamanda eləinsanlar bir çox problemlərlə üzləşməli olurlar.

Kənd yerində yaşayanlarilanlarla rəftar etməyi bir qədər daha yaxşı öyrəniblər. Başqa sözlə demiş olsaq,əkin-biçinə gedən insanların əksəriyyəti təsərrüfatlarla işləyərkən bir növü ehtiyatıəldən vermirlər. Yəni onlar ya uzunboğaz çəkmə geyirlər, ya da başqa təhlükəsizvasitələrdən istifadə edirlər. Belə olanda isə ehtiyatlı davranan insanlar ilanlarıonları çalmasından özlərini qoruya bilirlər.

Amma gəlin onunlarazılaşaq ki, bəzi insanlar isə istər həyətyanı sahədə, istərsə də örüşdə, çöldətəsərrüfat işləri ilə məşğul olarkən ehtiyatsızlıq edirlər. Məsələn, ot çalan adamayağının altına baxmır və onun ayağının altında qalan ilan onu vurur. Yaxud həyət-bacadaodun yığan, tərəvəz məhsulu dərən hər hansı bir insan da əlini həmin yerə apararkəndiqqət yetirmir və bu vaxt orda qıvrılıb yatan ilan onu çalır. Görürsünüzmü, həriki məqamda diqqətsizlik üzündən ilanvuram halları baş verir.

Respublika KlinikMərkəzin toksikologiya şöbəsindən aldığımız məlumata görə, iyun ayının 13-nə qədəronlarla ilanvurma halları qeydə alınıb. Həkimlərin müdaxiləsindən sonra onlarınhəyatını xilas etmək mümkün olub. Amma elə xəstələr də var ki, vaxtında tibbi yardımgöstərilmədiyinə görə xəstəxanaya gətirilsə də, durumları orta-ağır qiymətləndirilir.

Gəlin onunla razılaşaqki, insanların bu sahədəki maarifləndirmə ilə bağlı müəyyən çətinlikləri var. Yənionlar çox vaxt bilmirlər ki, ilan vuran adama ilkin yardım necə göstərilməlidir.Elə məhz bir çox ağırlaşma halları da həmin anlarda baş verir. Xəstəyə kömək göstərməkistəyən adam bilmir ki, ona necə əl tutsun. Təbii ki, öncə həmin xəstənin yarasıspirtlə, ya da yodla təmizlənməli və təcili həkimə çatdırılmalıdır. Xəstəxanadaisə operativ olaraq ilan zəhəri əleyhinə zərdab vurulmalıdır. Əgər bu məsələlərvaxtında həll edilirsə, xəstənin həyatını xilas etmək o qədər də çətin olmur.

Bir çox halda isərayon yerlərində ilan zəhəri əleyhinə zərdablar çətin tapılır. Yaxud da həmin zərdabınkeyfiyyətsizliyi üzündən xəstənin vəziyyəti ağırlaşır. Onda hərəkətə gəlirlər ki,çətin durumda olan pasiyenti Bakıya aparmaq fikrinə düşürlər. Təbii ki, hər hansıxəstəxanaya vaxtında çatdırılan pasiyentin həyatını xilas etmək bayaq dedyimiz kimiasan olur.

Respublikamızda ilanlarən çox isti rayonlarda görünürlər. Onlar əkin-biçin, pambıq, üzüm, taxıl sahələrindəvə eləcə də kol-kos arasında daha çox olurlar. Kürdəmir, Zərdab, Ucar, Yevlax, İmişli,Sabirabad, Hacıqabul rayonlarında zəhərli ilanlara daha tez-tez təsadüf edilir.Ümumiyyətlə, respublikamızda ən təlükəli zəhərli ilan gürzələr sayılır. Gürzənin zəhəri insan həyatıüçün çox təhlükəlidir. Sovet dönəmində Zirədə fəaliyyət göstərən istehsalat sahəsindəzəhərli ilanlar tutulub gətirilərək onların zəhəri alınır və dərman kimi hazırlanırdı.Çox təəssüf ki, müstəqillik dövründə bu məsələlər nədənsə arxa plana keçib. Hansıki, dünya bazarında bir qram ilan zəhərinin qiyməti 1 qram qızıldan dəfələrlə bahadır.Təəssüf ki, bu gəlirli sahəyə bir o qədər diqqət yetirmir. Amma ümid edirik ki,vaxt gələcək ölkəmizdə əvvəllər olduğu kimiilan zəhərinin istehsalı baş tutacaq.

İlanın ağına da lənət,qarasına da. Deyirlər ki, biri var zəhərli ilan, biri də var zəhərsiz ilan. Ancaqilan deyəndə son dərəcə qorxulu və təhlükəli bir sürünən adamın gözünün önünə gəlir.İnsan var ki, canavardan, şirdən, pələngdən qorxmur, amma ilandan çox qorxur. Bilmirəm,bu nə dərəcə doğrudu, amma bir onu bilirəm ki, ilan vuran adam elə ala çatıdan daqorxur. Ona görə də çöldə, bayırda, təsərrüfatda işləyərkən bu qorxulu heyvandanözünüzü qorumağa çalışın. Diqqətsiz bir hərəkət, ehtiyatsız bir addım sonda ilanvurması ilə nəticələnə bilər.

Havalarisə get-gedə daha da istiləşir. Havaların istiləşməsi isə ilanların sürü halındagəzməsinə və insanlara hücum etməsinə əlverişli şərait yaradır. Belə bir şəraitdə sadəcə olaraq insanlar maarifləndirilməli,onlara daha diqqətli və ehtiyatlı olmaq tövsiyə edilməlidir. Ən azından əkin-biçinişinə gedərkən uzunboğaz çəkmədən istifadə edilməlidir və hava nə qədər isti olsabelə ələ əlcək taxılmalıdır. Çünki şər deməsən xeyir gəlməz; birdən ilan ayağınınaltında qalar, yaxud da əlindən vura bilər. Bax onda onun zəhəri həmin adama biro qədər də güclü təsir etməz.

Faiq QİSMƏTOĞLU