adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Oktyabr 2017 14:40
22569
ŞOU-BİZNES

İKİSİ BİR DƏRDDƏ OLAN GÖZƏLLƏR

Bu günlərdə Türkiyəgözəli seçilən İtır Esenin tacı bir neçə gündən sonra əlindən alınıb. Bu barədəTürkiyə saytları məlumat yaymışdı. Məlumatda qeyd edilidi ki, onun 15 iyulşəhidləri ilə bağlı sosial mediada yazdığı aşağıdakı status şəhidlərin ruhunatəhqir kimi qiymətləndirilib və bu cür sərt qərar verilməsinə səbəb olub: "15temmuz şehitlər gününü kutlamaq adına sabahında regl oldum. Günü şehitlerimizinkanla temsilen kanayarak kutluyorum”.

Bu əhvalatdan bir neçə gün sonra xəbərsaytları Myanmadan ictimai yükü daha ağır olan anoloji məlumat yaydı. Gözəllikyarışmasının 19 yaşlı qalibi Shve Eain Sinin tacı siyasətə qarışması səbəbiyləgeri alınıb. Elə o da Türkiyəli "rəfiqəsi” kimisosial medianın zibilinə düşüb. Myanma hökumət qüvvələrinin ArakanRoxinca Qurtuluş Ordusuna qarşı keçirdiyi əməliyyatı görüntələyən bir videonu paylaşmasıtəşkilarçılar tərəfindən siyasətə qarışmaq kimi qiymətləndirildiyinə görə beləsərt qərar verilib. Xatırladaq ki, sözü gedən videoda işgəncəyə məruz qalmışuşaqlar görünür və Eain Si həminişgəncələrin ARQO tərəfindən verildiyini iddia edir.