adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2019 15:34
15124
MƏMLƏKƏT

İkinci paleolit düşərgəsi

Bəşərsivilizasiyasının Azərbaycana bəxş etdiyi, yaşı milyon illərdə ölçülən nadirmaddi-mədəniyyət abidələrinin bir qismi ölkəmizin cənubunda- Lənkəranın,Lerikin, Astaranın, Masallının, Yardımlının ərazisindəki uca dağlardaməskunlaşmışdır. Dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən, Lerikrayonunda qədimiliyinə, tipologiyasına,çoxluğuna, zənginliyinə görə arxeoloq alimlərinin, səyyahların, təbiblərin, etnoqrafların diqqətinicəlb edən qədim yaşayış məskənləri,maddi-mədəniyyət abidələri, daş-qutu qəbirləri, kurqanlar ulu babalarımızınbarmaqları ilə yaradılmış sənət əsərləri-tarixin daş yaddaşı-daşlaşmışpoeziyadır. Bu abidələr zəngin mədəni irsimizin daşıyıcısıdır. Azərbaycanındünyaya tanıdılması baxımından əvəzsiz əhəmiyyətəmalikdir, gələcək nəsillər üçün çox maraqlıdır, fundamental elmi-tədqiqat işiaparmağı tələb edir. Maddi-mədəniyyət abidələridövlət səviyyəsində, kompleks şəkildə öyrənilməlidir, bunun zamana ehtiyacı var.

XIX əsrdən başlayaraq Lerik rayonunun ərazisindəaparılmış kəşfiyyat xarakterli arxeoloji qazıntılar zamanı məşhur fransızarxeoloqu və səyyahı Jak de Morqan (1857-1924), qardaşı Henri və həmyerlisi K. Şatterlə birlikdə 1890-cı ildəmaraqlı elmi nəticələrə nail olmuşlar. Onlar qadim yaşayış məskəni olandağlarda 230-a qədər qəbir abidəsi açmış, əldə etdikləri zəngin maddi-mədəniyyətnümunələrinin bir qismini Fransanın Sen-Jermen şəhərindəki muzeyə təhvilvermişlər. Bu eksponatlar böyük elmi-texniki əhəmiyyətə malikdir. Fransızarxeoloqları elmi əsərlər yazmaqla tədqiqatlarınıbütün Avropaya yaymışlar. Jak de Morqan aşkar etdiyi qəbul abidələrinin zənginliyindənheyrətlənmiş, Fransaya göstərdiyi məktubda heyranlıqla yazmışdı: "Mən əslarxeoloji cənnətə düşmüşəm".

Azərbaycanın arxeoloq alimlərindən M.Hüseynov F. Mahmudov, İ. Əzimbəyov, A. Ələkbərov, Ə.Cəfərov, Q. Qoşqarlı, İ. Nərimanovvə başqaları maddi-mədəniyyət abidələrinin üzə çıxarılması, öyrənilməsi, tədqiqiüçün xeyli iş görmüşlər. AzərbaycanMilli Elmlər Akademiyası Paleolit Arxeoloji Ekspedisiyası 1985-ci ilin yayındanbaşlayaraq Lənkəran-Astara, Lerik və Masallı rayonlarının dağlıq ərazilərindəarxeoloji-kəşfiyyat işləri aparır. Ən yaxşı elmi nəticə Lerik rayonunun ərazisində əldə olunmuşdur. Kəşfiyyat qazıntıları zamanıqeydə alınmış Zuvançay mağarası bölgədəibtidai insanların yaşaması üçün coğrafi baxımdan əlverişli olduğunu söyləməyə əsas vermişdir. AMEA Arxeologiya vəEtnoqrafiya İnstitutu Daş dövrü arxeoloji şöbəsinin müdiri, tarix elmləridoktoru, professor Əsədulla Cəfərov 2011-ci ildə ilk dəfə olaraq Zuvandçaymağazasında arxeoloji kəşfiyyat işləri həyata keçirməyə başlamışdır. Alimtapılan daş məmulatının texniki vətipoloji xüsusiyyətinə əsasən əmək alətlərininMustye mədəniyyəti dövründə hazırlandığını bildirmişdir. Professor Əsədulla Cəfərov Qarabağın paleolit düşərgələrinin arxeolojimədəniyyətləri barədə yazır: "Bu dövrün maddi-mədəniyyət qalıqları ilk dəfəFransanın Lö-Mustye mağara düşərgəsində müəyyən olunduğuna görə tapıldığı yerinadı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri Şimali və ŞərqiAfrikada, Avropada, Orta Asiya, Yaxın vəOrta Şərq ölkələri ərazisində istər mağara və istərsə də açıq paleolit düşərgələrindəntapılmışdır.

Mustye mədəniyyəti dövrünün sakinlərineandertal tipli insanlar olmuşlar. Onlar yaşamaq üçün özləri mağaralarda,açıqyaşayış yerlərində,qaya sığınacaqlarında və komalarda yaşayış məskənihazırlayırdılar. Neandetral tipli insanlar düşərgələrdə yaşayış tikililərini, əsasənnəhəng qaya daşlarından və iri heyvan sümüklərindən düzəldirdilər".

Alimlərin apardığı arxeoloji qazıntılar,aşkar edilmiş maddi-mədəniyyət qalıqları əsasında Zuvandçay mağara-düşərgəsindəibtidai insanların burada 130 min il bundan əvvəl məskunlaşmasını söyləməyəimkan verir. Ən mühüm yenilik də bundan ibarətdir ki, burada qeydə alınmış çöküntülərin qalınlığıdaha çox diqqəti cəlb edir, mağarada qədim insanların yaşayış sahəsi 600kvadratmetrə bərabərdir. Alimin fikrincə, yaşayış sahəsinə görə yeni qeydəalınmış Zuvandçay mağarasını Azərbaycanın Qarabağ ərazisində qeydə alınmış Azıx paleolit düşərgəsindən sonar ikincipaleolit düşərgəsi hesab etmək olar.

Zuvandçaymağara-düşərgəsində arxeoloji kəşfiyyat işləri uğurla davam etdirilir.Zuvandçay düşərgəsində qeydə alınmış yaşayış sahəsinin həddindən artıq böyük olması və strafiqrafiyanın zənginliyini və qədim mağarada uzun müddət ərzində uğurlu arxeolojiqazıntının aparılmasını zəruri edir.

Xüsusi olaraqqeyd etmək lazımdır ki, Azərbaycan tarixinin, mədəni irsinin dünyayatanıdılması üçün təkcə mərkəzi regionlarda deyil, respublikanın ən ucqarrayonlarında , məsələn, Lerik rayonunda mühüm layihələr həyata keçirilir. İndiqədim yaşayış yerlərində aşkar edilən arxeoloji abidələr əcnəbi mütəxəssislərin gözləriqarşısında ortaya çıxır. Bu da azərbaycanlılarınminilliklər boyu doğma torpaqlardaməskunlaşmasını təsdiqləyir,dünya ictimaiyyətinə çatdırır. Abidələrinin çoxluğuna və zənginliyinə, əhəmiyyətinəgörə dünyada tanınan Azərbaycanda tarixi-memarlıq abidələrinin bərpası,qorunması və arxeoloji-kəşfiyyat işlərinin aparılması sahəsində bu gün dövlət səviyyəsindəsəmərəli işlər həyata keçirilir, bu da ulu əcdadlarımızın yadigarlarının bəşəriyyətə məxsus olduğunu göstərir.

İdris Şükürlü,

Əməkdar jurnalist