adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Aprel 2014 10:37
4515
MƏMLƏKƏT

İki mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakının iki mərkəzindəküçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi"Azəryolservis” ASC-dən Adalet.az-a verilən məlumata görə, saat 22 radələrindən etibarən 28 May küçəsinin YusifSəfərov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməyədək olanhissəsində üfüqi xətlənmə işləri ilə bağlı yol bağlanacaq. Həmçinin gecəsaatlarında Bülbül prospektinin 28 May küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsiilə kəsişməsinədək olan hissəsində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həriki istiqamətdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmələrməsləhət görülür.