İki mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq
Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Adalet.az-a verilən məlumata görə, "Azəryolservis” ASC yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.
Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.
Digər Xəbərlər
02 May 2024 17:40