Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.