adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Sentyabr 2019 15:05
26714
DÜNYA

II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!..

(Əvvəli ötən saylarımızda)

70-ci illər

Avropalılar nasist rejiminə qarşı ayağa qalxmağabaşlayacaq. Fransa, Niderland, Norveç, İsveç, İtaliya, Böyük Britaniya və həttaAlmaniyanın özündəki nasist rejiminə qarşı kütləvi mitinqlər nasist hökumətininrahatlığını əlindən alacaq. Avropa üzərindəki tam nəzarətə malik olan nasisthökumətləri bürokratik olacaq. Avropada cəmiyyət iki müxtəlif yerə bölünəcək:

1) Rəsmi nasist cəmiyyəti;

2) Aşağı zümrə.

Amerika mədəniyyətinəmeyilli aşağı zümrə "qara bazar” tərəfindən maliyyələşdirilir.Azad "qara bazar” insanlara totalitar və bürokratik nasist iqtisadiyyatındandaha yaxın olacaq. Aşağı təbəqədəki qeyri-alman xalqları orada öz gəlirlibizneslərini qurmağa başlayacaqlar. Və bu müxalif hərəkatlara maddi və mənəvi dəstəkolacaq. Nasist avropası indiki dövrün İran iqtisadiyyatına bənzəyəcək. Yəniparalel iqtisadiyyatla yanaşı, paralel cəmiyyət olacaq.

1980-ci illər

Daxili problemlərdən dolayı avropalılar yoxsulluq vəişsizliklə üzləşəcəklər. Bu zamanda isə ABŞ-dakı azad market və demokratiksiyasət təhsildə, biznesdə böyük irəliləyişlər yaradacaq. Bəli, bu dövrdə dəinternet və mobil telefonlar olacaq. Amma bu əsasən ABŞ-da olacaq və almanlarbizim tarixdə Sovet İttifaqının ABŞ-dakı istehsalı köçürməsi siyasətini yeridəcək.Rusiyadakı alman müharibəsi bu dövrdə bitəcək, amma Rusiyanın qələbəsi ilə.Almanlar Polşa və Ukraynadakı bəzi əraziləri ruslara verəcək. Fransa,Niderland, Böyük Britaniya, İsveç və Norveçin işğalı iqtisadiyyatıninkişafından dolayı nasist hökumətinə çox baha başa gələcək. 40 il davam edənmüharibə nəticəsində baş verən iqtisadi qeyri-stabillik və böyük insan itkiləriüsyan və iğtişaşlara səbəb olacaq. Alman xalqı öz hökumətlərinə meydanoxuyacaq. Qərbi Avropa ölkələrinin işğalı 90-cı illərdən əvvəl bitəcək.Yaponiya tərəfində isə imperiya tamamilə dağılacaq və bundan sonra vətəndaşmüharibəsi başlayacaq.

Amerikanınazad market üzərindən qurulmuş iqtisadi inkişafı onlara soyuq müharibəniqazanmağa şərait yaradacaq. MərkəzləşdirilmişAvropa iqtisadiyyatı buna meydan oxuya bilməyəcək.

1990-cı illər

Almaniya Qərbi Avropa ölkələrini artıq idarə etmir.3-cü Reyx tənəzzülə uğrayır. Polşa müstəqillik qazanır, amma bu alman kolonistləri,Polşa xalqı arasında etnik vətəndaş müharibəsi ilə nəticələnəcək. Eyni hadisələrYuqoslaviyada, Çexoslovakiyada, Ukraynada və Qafqazda baş verəcək. Bu vətəndaşmüharibələri yerli əhali və ikinci nəsil almanlar, yəni bu ölkələrdə doğulanlararasında baş verəcək. Polşada və Ukraynada alman əhalisinə qarşı soyqırım başverəcək. Bizim tarixdəki Yuqoslaviya daxili müharibəsi burada Çexoslovakiya,Qafqaz və yenə də Yuqoslaviya daxili müharibələri ilə əvəz olunacaq. Keçmişalman kəşfiyyatçılarının törətdiyi çevriliş nəticəsində Almaniyadakı nasistrejimi dağılacaq. Yeni müstəqillik qazanmış Qərbi Avropa ölkələri ABŞ-la müttəfiqlikyaradacaq və ABŞ-ın iqtisadi inkişafından nümunə götürəcək. Qərbi Avropa ölkələrininazad market və demokratik siyasətə keçməsi 2000-ci illərin əvvəllərində bitəcək.

BMT ABŞ, Fransa, Böyük Britaniya və Avstraliya tərəfindənqurulur. Onlar Polşa və Qafqazın siyasətinə qarışacaq. İnsan hüquqlarını pozan,etnik ayrıseçkilik yaradan və soyqırım siyasəti yeridən, daxili müharibə vəziyyətində olanYuqoslaviyaya, Çexoslovakiyaya, Qafqaza embarqo qoyacaq və müxtəlif sanksiyalartətbiq olunacaq. "Alman SS” təşkilatınınAlmaniyada qurduğu yeni hökumət bizim dövrün Putin hakimiyyəti altındakıRusiyaya bənzəyəcək. Almaniyanın ətraf ölkələrində, yəni Fransa, İngiltərə,İsveç, Polşa və Serbiyada Almaniyaya qarşı qoşun yerləşdiriləcək.

2010-cu illər

Müharibə cinayətləri üzə çıxır və sağ qalmış yəhudilərəFələstinlə birlikdə İsrail dövlətini yaratmağa imkan verilir. Almaniyaya qarşıtətbiq olunan sanksiyalar bu ölkəni tamamilə dünyadan təcrid edir və o, budövrün şimali Koreyasına çevrilir. Ölkəyə giriş və çıxış qadağan olunur. Çin vəRusiyadakı vəziyyət stabillik əldə edir. Amma onlar iqtisadi və hərbi cəhətdənçox zəif ölkələrə çevrilir.Yaponiyadakı monarxiya devrilir və parlamentarrespublika yaradılır.

Nəticə

ABŞ Almaniya və Yaponiyaya qarşı soyuq müharibəniqazanır. Nasist rejimi çökür. Amma yuxarıda adı çəkilən ölkələrdəki daxilimüharibələr və "Yeni Almaniya” siyasəti 4-cü dünya müharibəsinə, yəni nüvəmüharibəsinə gətirib çıxarır. Və bu böyük insan tələfatı, böyük iqtisadi tənəzzülvə təbiətin böyük bir qisminin məhv olması ilə nəticələnir.

Hazırladı: Yılmaz İBRAHİMOV