“İdrak”dan güllələnmə ilə bağlı AÇIQLAMA
Bu gün müəllimin şagirdi tərəfindən güllələndiyi “İdrak” liseyi hadisə ilə bağlı məlumat yayıb.
Adalet.az sözügedən açıqlamanı təqdim edir:
“Liseyimizlə bağlı son hadisə fonunda yaranan narahatlığı anlayırıq və cəmiyyətdə səslənən fikirləri diqqətlə izləyirik. Bildirmək istərdik ki, liseyimizdə təhlükəsizlik tədbirləri daim mövcud olub və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilib.
Baş verən vəziyyət dərhal diqqətə alınıb, mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunub. Hazırda da şagirdlərimiz və müəllimlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunur, dərslər normal qaydada davam edir.
Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılma mərhələsindədir və proses lisey rəhbərliyinin nəzarətindədir. Valideynlərimizdən xahiş edirik ki, sakitliyi qoruyub saxlasınlar və uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, rəsmi məlumatlara etibar etsinlər. Lisey rəhbərliyi olaraq təhülkəsiz və sağlam təhsil mühiti bizim üçün dəyişməz prioritetdir”.
Digər Xəbərlər
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40
Kiberpolis tələbə qızları şantaj edən şəxsi SAXLADI
26 Fevral 2026 18:11


Bakı -°C

