adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
14 Fevral 2019 12:27
11113
İDMAN

“İdmançılar o torpaqlarda bayrağımızı dalğalandıracaq” - Millət vəkili

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbdə idmanla bağlı keçirilən tədbirdə iştirak edib.

Adil Əliyev uşaqlara, gənclər pis vərdişlərdən uzaq tutmağın, idmana cəlb etməyin zəruri olduğunu bildirib.

Millət vəkili məktəbliləri idmanla məşğul olmağa və sağlam böyüməyə çağırıb: "Sizlər gələcəyin əsgərləri, vətəni qoruyacaq igidlərsiniz. Azərbaycan əsgərlərinin sırasında idmançıların olması qürurvericidir. Yarışlarda Vətənimizin bayrağını başqa ölkələrdə dalğalandıran idmaçılarımızın işğal altında olan Vətən torpaqlarımız geri qaytarıldığı zaman da o torpaqlarda bayrağımızı dalğalandıracaq. Azərbaycan idmançılarının işğalçıları məğlub edəcək gücləri tükənməzdir. Düşmən bunu unutmasın!”.