adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Mart 2019 16:05
40461
ƏDƏBİYYAT

İdman müəlliməsi özünü necə asdı - Qəşəm İsabəyli yazır

(novella)

1.

Balacabir qız uşağı göndərmişdilər məktəbə – gimnastika üzrə ölkə çempionuydu. Yeni tədrisilindən idman müəlliməsiişləyəcəkdi. Tərs kimi də ilk dərsi səkkizinçisinifəydi. Mən də vaxtiylə Kürdəmirin Axtaçı və Beyi kəndlərində coğrafiyadandərs demişdim. Məktəblə ünsiy­yətim səkkizincilərlə başladığından, onlarlarınçətin şagird olduqlarınıbilirdim. Kişi müəllimlər bu çətinliyin öhdəsindənbirtəhər gəldiyi halda, qadın müəllimələr bərk əziyyət çəkirdi.

Keçmişdətək-təkqadın müəllimə gözə dəyərdi məktəblərdə. Amma indi,xüsusən də şə­hərdə, kişilərmeydandan çəkilib, qadınlar məktəbi tam nəzarətə götürüb. Direktordan süpür­gəçiyəqədər zərif cinsin nümayəndəsidi. Bunun yaxşı-yaman olduğuna şəhadət verəbilməsəm də, bir şey gün kimi aydındı – məktəbi kişi hənirindən məhrum etmək olmaz.

Bəli,idmanmüəlliməsi sinfə ayaq basan kimi uşaqların sərt nəfəsi vurduonu:

–Balaca-bap-balacaaa...–ciyildədi biri.

Başqabiri dərhal səsini burnuna saldı:

–Bmoooyuvaar...

Daha bir"qoca” pırtlayıb çıxdı bucaqdan:

–Daaammmdoooluuusuuu...

Sonra dasərçə xoru:

–Toyuvar...

–Toyuvar...

–Toyuvar...

Uşaqlara"Sakit olun”dan ağır söz deməyə cəsarəti çatmayan müəllimə nə qədər özünü toxtutsa da, dərsdən çıxıb evə çatan kimi üzüquylu çarpayıya düşüb, ürəyi boşalanacanağlayardı. Səhər açılanda isə biyara gedirmiş kimi (keçmişdə havayı işləməyə "biyar”deyərdilər)ayaqları əsə-əsə məktəbə gələrdi.

–Salam,uşaqlar!

Biri:

–Salam!–Deyərdi.

Biri:

–Əleykum...

Biri də:

–Balaca-bap-balaca...

2.

Günlərkeçir, müəllimə ha fikirləşirdi uşaqları sülhə gətirsin, mümkün eləyə bilmirdi.

Növbətidərslərin birindəmöcüzə baş verdi, sinfə girəndən bir dəfə də dodağı qaç­ma­yanmüəllimə qəflətən gülümsədi.Partalar cırr elədi –uşaqlar bir-birinə dəydi. Qəşəmdikatılılıb durdu ayağa:

–Müəlliməəə?!

Yuxudan ayılmışkimi müəlliməninsifəti hamarlandı, gözləri açıla qaldı:

–Buyurun.

–Sizdənçıxmayan...

CümləniDəniztamamladı:

–Offf...iii... şşş?!

–Nə iş?!

–Off...gülümsəyirsiniz?!

–Sizbütün günü şaqqıldayıb-qaqqıldayırsınız, adi şey olur, nə yaxşımənim gülümsə­mə­yimtarixi hadisəyə dönür?!

Məhəmmədilk dəfə sinfin etirafını elədi:

–Müəllimə,biz sırtıq uşaqlarıq, nə eləsək bizə yaraşır.

–Mən dəgülümsəmişəm. Mənə də gülümsəmək yaraşır.

–Aaa... cəsarətəbax! – Şagirdlər bağırışdı.

–Cəsarətdeyil, ürək sözümdü.

–Xahişedirik, bizi çətinə salmayasınız, müəllimə.

–"Çətin”nədi?

–Sizintərəfinizdən özümüzə qarşı təhlükə hiss eləyirik.

–Niyə?

Qəşəmyenidən ayağa durdu:

–Müəllimə,babam deyir, hər şey elə-belə olsa da, birdən-birə gülümsəmək elə-belə olmur!

–Sabahcavabınızıverərəm.

Dənizdözmədi:

–Offf...onda məhkəmə sizi sorğu-suala çəkəndə bizdən inciməyəsinizgərək.

Müəlliməninqaşları çatıldı:

–Məhkəmənədi?!

–Sabahdərsə gələndə görəcəksiniz, üç-dördümüzün ürəyi partlayıb...

Busözlərin qabağında duruş gətirə bilmədimüəllimə:

–Sabah sizicəzalandıracam.

–Bəs gülümsəməkniyə?

–Sizəverəcəyim cəzanı yadıma salıb, ləzzət alırdım.

Uşaqlar bir-birinəqarışdı:

–Bizicəzalandıracaqsınız?!

–Bəli.

–Biziii?!

–iii...iii... iii...

–Cəzaaa?!

–aaa...aaa... aaa...

–Offf...

–Bu günüAllah əlinizdən alıb?!

–Bu,elə-belə cəza deyil, hazırlaşmalıyam!

Sinfinən dəcəl şagirdi irəli yeridi:

–Müəllimə,şitlik eləyirik, sözünüzə baxmırıq,sizi incidirik... Əgər sa­bah bi­zi cəzalandırabilsəniz, dönüb oluruq quzu.

–Aparınotarın!

–Məəə...

–Tələsiməyin.– Müəllimə ciddiləşdi.

–Niyə?

–Onsuzda 18 saatdan sonraməhkəmə sizi mələdəcək.

Uşaqlarbir-birinə baxa-baxa qaldı.

3.

O gecəilan vuran yatdı, şagirdlər yata bilmədi. Dərsin başla­ma­sına yarım saat qalmışsanılıqoz kimi yığılıb durdular idman zalının qabağında.Zəng içəri vurulan kimi qapınıbasdılar... açılmadı.

Müəllimənin"məhkəmə sizi mələdəcək” sözlərini yadlarına salıb, hətta narahat oldular:

–Qəribədi!Bu müəllimə harda qaldı, görəsən?!

–Gəlinbir yerdə güc vuraq.

–Biiirr...

–İkiii...

–Üüüüç.

Necəbasdılarsa, qapı lay-balay açıldı. Təpəsi üstə zala girdilər:

–Müəllimə!

–Müəllimə,ay müəllimə!

Zaləks-səda verdi.

BirdənElgün bağırdı:

–Orabaxın!

–Aaa... ayaqlar...

–Hanı?!

–Odurey... havadan sallanır.

Uşaqlarbaşlarını yuxarı qaldıran kimibağırışdılar:

–Ayaman! – Bir-birini basa-basaqaçıb çıxdılar çölə.

–Nəxəbərdi, ay uşaq?!

–Müəlliməmizözünü asıb!

–Necəəə?!

–Odurey, zalın ortasında kəndirdən sallanır!

Mühafizəçinidə götürüb direktor birnci mərtəbəyə endi. Zala yaxınlaşanda addımlarını ya­vaşıtdı.

–Oğlum,keç irəli.

Mühafizəçicəld zala girdi, dalıyca da direktor.

–Salam, Qərənfilmüəllimə!

–Qızıımmm...– direktorunsifətindəki dalğınlıqsu kimi duruldu, – bu nə kəndirdi?!

–Üzristəyirəm... – sözünün dalınıgüclə gətirən müəllimənin sifətinin rəngidamar-damar oldu, – uşaqlarla zarafat eləmişəm.

–Buboydaaa?!

O gündənsəkkizinciləritanımaq mümükün deyildi – dönüb olmuşdularquzu.

06-29.03.2019