adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Fevral 2020 09:00
79114
MƏMLƏKƏT

İDDİA:”Qardaşım həkim səhlənkarlığının qurbanı oldu...”

Ötən həftə Gəncədə səhiyyəmizadına ləkə gətirən yeni bir olay baş verib.

Ağdamrayon Əlağalı kənd sakini NəsimiMehdiyev Gəncə Beynəlxalq Xəstəxanasındahəkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu haqda mərhumun qardaşı Sərxan Mehdiyev əməkdaşımızaməlumat verib. S. Mehdiyev bildirib ki, Nəsimi Mehdiyev Ağdamda "Dördyol -1 qəsəbəsində müvəqqəti məskunlaşıb və uzun müddətdir ordayaşayırdı:” 04 yanvar 2020-ci il tarixdəqardaşım kəskin baş ağrısı iləGəncə Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. İlk tibbiyardımdan sonra vəziyyəti yaxşılaşıb və palataya köçürülüb. Ancaq ayın 5-də onaverilən dərman pis təsir edib. MRT olunandan sonra neyrocərrah Kənan Əzimovbildirib ki, o təcili əməliyyat olunmalıdır:”

-Bağışlayın,nəyə görə, Bakıya deyil, Gəncəyə?

-Qardaşımı ona görə Gəncəyəapardıq ki, ora daha yaxındı. Yolda bir hadisə baş verər –deyə düşünüb Bakıya gətirməyəehtiyat etdik.



-Cərrahi əməliyyat oldumu?

-Neyrocərrah Kənan Əzimovun xəstəni əməliyyatetməsinə razılıq verdik. Həkiməməliyyatın uğurlu kecdiyini və onunreanimasiyaya yerləşdirildiyini dedi. Həkim hər gün vəziyyətin stabilolduğunu, vəziyyətinin get-gedəyaxşılaşdığını bildirirdi və gündəlikbizə təqdim etdikləri rapor sənədlərində bunu təsdiq edirdilər. (Həmin sənədlərhələ də bizdə durur). Vəziyyətin getdikcəyaxşılığa doğru getdiyini biz də şahidi olurduq. Bir neçə gündən sonra xəstəninvəziyyətinin yaxşılaşdığı üçün palataya köçürdülər.

-Bayaq fotolara baxanda gördüm: qardaşınız hətta vəziyyətinin yaxşıolduğunu əli ilə işarə edir...



- Bəli, Bu hamımızı sevindirdi. Yanvarın21-də də telefonla Kənan həkimlə danışanda o "xəstənin həyatı üçün heç birtəhlükə yoxdur" dedi. Ayın 22- si gecə saat 23 radələrində xəstə özünü narahathiss edib. Yanında qalan həyat yoldaşı tibb bacısına yaxınlaşıb vəziyyəti deyibvə xəstənin palatasına gəlməyi xahiş edib. Tibb bacısı "indi baxmışam,narahat olmayın" cavabın verib. Həyat yoldaşıpalataya qayıdıb və vəziyyətin pisləşdiyini görüb. Dərhal yenə tibb bacısınınyanına qayıdıb və təcili yardım olunmasını tələb edib. Palataya gələn tibb bacısıvəziyyətin ağırlığını görən kimi, növbətçi həkimiçağırıb. Palataya gələn növbətçi həkim xəstəni təcılı reanimasiyaya yerləşdiribvə cərrahın-Kənan həkimin çagırılmasınıtələb edib. Tibbi personal və xəstəxananınmühafizə xidmətinin əməkdaşları dəfələrləK.Əzimovun mobil nömrəsinə zəng ediblər.Həkimə zəng çatsa da, o telefonu açmayıb.Məcburən baş həkimə zəngedib vəziyyəti deyiblər. Baş həkim də Kənanın təcili çagırılmasının vacibolduğunu bildirib. Saat 00.15- dən 08.30- dək olunan çoxsaylı zənglərə Kənancavab verməyib. Nəhayət 09.00- da özü gəlib. Kompüter Tomoqrafiya olunandansonra "artıq gecdir" deyib. Bunun ardınca xəstəxananın işçisi içəridənçıxıb digər qardaşım Baxış Mehdiyevə "Başınız sağ olsun, Allah rəhməteləsin, qardaşınız dünyasını dəyişdi. Gəlin, xəstəxanaya artıq pulodəməniz var, onu qəbul edin"-deyib.



-Yanvar ayının 4-dən 22-nə qədər olan müddətüçün nə qədər pul ödəmişdiniz?

-12,200 AZN ödənmişdi. Ondan cəmi 1200manat qaytarldı. Qəbzlər durur. Qardaşım ciyərlərinə yığılmış bəlğəmin vaxtındaçəkilməməsindən nəfəsi ala bilməmiş, beyninə qan sızmışdı. Kənan Əzimov məsuliyyətsizliyi azmış kimi həttaxəstəxananın baş həkimi Fuadyaxınlarını itirmiş şəxslərə deyib ki, gəlin akt bağlayaq ki, Nəsimi ambulansmaşınında dünyasın dəyişib. Amma ölümraporunda xəstənin evdə dünyasınıdəyişdiyini qeyd ediblər.

-Həminan nə reaksiya verdiniz?



- Doğma qardaşımı itirmişdik,halımız qalmışdımı reaksiya göstərməyə?Qəfil qardaş itkisi bizi başqa şeylərhaqqında düşünməyə imkan vermirdi.Bundan sonraqardaşımın nəəşini ambulansla yaşadığı Ağdam rayon 4-yol qəsəbəsinə gətirdilər.Dəfn mərasimindən sonra olanları birdə nəzərdən keçirdik. Xəstənin yaxınlarıolaraq cərrah Kənan Əzimov barəsində bütün əlaqədar orqanlara şikayət edəcəyik.O cəzasınıalmalıdır. Biz razı olmarıq ki, diğər Nəsimilərdə belə məsuliyyətsiz bir həkiminəllərində həyatını itirsin. Kimsə ailəbaşçısını, kimsə atasını-qardaşını itirsin.Yeri gəlmişkən, bir həkim məsuliyyətsizliyi3 azyaşlı uşağı atasız qoydu.

Söhbətləşdi Əntiqə Rəşid

P.S. Qarşıtərəfində mövqeyini dərc etməyə hazırıq