İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqləndi
İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.
Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.
Xatırladaq ki, əvvəlki qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.
Digər Xəbərlər
18 Iyun 2026 12:45
Dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır
18 Iyun 2026 12:29
Anar Bayramov bu xanımı özünə müşavir TƏYİN ETDİ - FOTO
17 Iyun 2026 18:42
Çağırışçıların tibbi müayinələri bu kateqoriyalar üzrə aparılır
17 Iyun 2026 17:03


Bakı -°C

