Dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır
Azərbaycanda dəqiq vaxt məlumatlarının daha geniş auditoriyaya çatdırılması üçün teleqüllə üzərindən vaxt siqnallarının ötürülməsi imkanları nəzərdən keçirilir.
Adalet.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) labaratoriya müdiri Şamxal Abbasov deyib.
Onun sözlərinə görə, hazırda vətəndaşların istifadə etdiyi mobil telefonlar internet vasitəsilə beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq öz saatlarını avtomatik tənzimləyir: "Lakin gələcəkdə dəqiq vaxt siqnallarının teleqüllə üzərindən yayımlanması da nəzərdə tutulur. Bu texnologiya tətbiq ediləcəyi təqdirdə televiziya və radio avadanlıqları, elektron saatlar, eləcə də digər qurğular dəqiq vaxt məlumatlarını birbaşa qəbul edə biləcək".
Ş. Abbasov bildirib ki, vaxt etalonlarının inkişafı və ötürülməsi sistemlərinin təkmilləşdirilməsi ölkədə ölçmə infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə yeni texniki imkanların yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə işlər davam etdirilir".
Digər Xəbərlər
18 Iyun 2026 12:29
Anar Bayramov bu xanımı özünə müşavir TƏYİN ETDİ - FOTO
17 Iyun 2026 18:42
Çağırışçıların tibbi müayinələri bu kateqoriyalar üzrə aparılır
17 Iyun 2026 17:03
Xəstəxanalarda qayda yaradılmalıdır...
17 Iyun 2026 14:55
Kardinal Corc Kuvakad Şəkiyə səfər edib
17 Iyun 2026 14:16
Rəqəmsal səyyahlara şad xəbər
17 Iyun 2026 12:38
Regionlardakı həkim çatışmazlığı məsələsi Milli Məclisdə qaldırıldı
17 Iyun 2026 12:17
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
17 Iyun 2026 10:59


Bakı -°C

