İÇKİ İÇİB NAMAZ QILMAQ OLARMI?!

Qardaş Türkiyənin televiziya kanallarındabəzən çox düşük din verilişləri olur. Birdüşük din xadimi çıxır televiziyaya, düşük-düşük suallar verirlər, oda düşük-düşük cavablar verir.
Məsələn, bu yaxınlarda biri sual verdiki, içki içib namaz qılmaq olarmı? Allah, sən saxla! Elə din xadiminin cavabı dasual verənin səviyyəsində oldu.
İndi də Məhərrəmlik ayı başlayıb, saytlarda, sosial şəbəkələrdə belə düşükmüzakirələr aparılır: «Məhərrəmlikdə toyeləmək olarmı?»
Hacı Şahin Həsənli çox layiqli cavabınıverib belələrinin. İlahiyyatçı Elşad Miri də gah nala vurub, gah mıxa, sonra davurub baş barmağını əzib, deyib burda pisnə var ki, toy eləmək olar.
Nənəm ölmüşdü, iki-üç ay olardı, kənddə bir qohum uşağınatoy eləmək istəyirdi. Bir molla götürübgəldi dayımın yanına. Nənəmə «Quran» oxutdurdu, sonra da dayıma dedi ki,icazə versən övladıma toy edərdim. Körpüqohumuydular, amma nənəmin ili çıxmadığına görəgəldi icazə istədi. Təbii ki, dayım dedi ki, Allah xeyir versin və həttatoya da getdi. Həmin kənd Ağcabədinin kəndiydi, ata kəndimiydi və Ağdamdan da20 kilometr aralıdaydı.
İnanclı insanları əsəbləşdirməklənə qazanacaqsınız? İkinci də, o toyakim gedər ki? Sizi and verirəm inandıqlarınıza və inanmadıqlarınıza, qəlbindəİmam Hüseyn sevdası olanların hisləriylə oynamayın.
Digər Xəbərlər

Top atdılar oyanmadım...

Qarbağda beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

Tam Qələbənin tamı, Ağdamdakı büsatda kövrəlməyin milyon səbəbi və növbəti stansiya: Xankəndi!!!
