adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Oktyabr 2017 11:52
25134
ƏDƏBİYYAT

İçki düşkünü YAZIÇILAR

İçkiyə alüdə olan birçox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq. 

Adalet.az içki aludəçisi olan dünya şöhrətli yazıçıları təqdim edir:







O. Henry - O. Henrytaxma adını istifadə edən Amerikalı yazıçı William Sydney Porter yumor dolu,söz oyunlarıyla dolu, xarakterli və gözlənilməz sonlarıyla bilinən 400 qısahekayənin müəllifi.


Olduqca məhsuldar olan yazıçı,ümumiyyətlə həftədə bir hekayə çap edirdi. O. Henry imzası olaraqməşhurlaşarkən, gərçək kimliyini sir kimi saxlamağa davam etdi... İşlərindəuğursuzluq, bədxərclik və sonunda da alkoqol onun həyatına son qoydu. Yazıçı ömrünün songünlərini yoxsulluqla keçirdi.


Fars-tacik şairi Ömər Xəyyam - Fəlsəfi rübailərindətez-tez içki mövzusuna müraciət edirdi. Onun sözlərinə görə, istənilən adamiçki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər. 


Ömər Xəyyamınislam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini onun bu şəkildə mədheləməsi maraq doğurur.


Məşhur amerikalı yazıçı-nasir Edqar Po da içki aludəçisi olub. Faciəli həyatşəraiti məşhur yazıçını sərxoşa çevirmişdi. 


1849-ci ildə qırx yaşı tamam olandao, sayıqlama səbəbindən dünyasını dəyişib, versiyalardan birinə görə, yazıçınınölümünə səbəb çoxlu alkoqollu içki qəbul etməsi olub.



Truman Kapot- o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır. 


Ən sevdiyiiçki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsada, xeyri olmayıb.



Dilan Tomas - sevdiyi içkilər arasında viski ön planda idi. 


Tomas 39 yaşında 18 stəkanviskidən sonra həyatını itirmişdir.



Skot Fitscerald - XX əsrin ən böyük Amerikan yazıçılarındandır.


Məktəb yaşından içkiyəqurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içkisayılan "cin riki” idi.



Çarlz Bukovski - alkol koması ilə dəfələrləxəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi. 


Atası tərəfindən tez-tezdöyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka,viski…



Uilyam Folkner - çox təsirli uşaqlıq keçirmişdir. 


Gününün gecə saatlarını içkiyə sərfedən böyük yazıçının ən sevdiyi içki "Mint julep” və viski idi. 1955-ci ildəPulitzer Mükafatı aldıqdan sonra 65 yaşında infarkt nəticəsində həyatınıitirmişdir.



Con Steynbek - işini bitirdikdən sonra ilk işi içki içmək idi. 


Yaxşı yazanda isə dahaçox içən yazıçı içkinin təsirindən səhəri gün əlini belə qaldıra bilmirmiş.Onun səhəri isə özünü günahkar hiss etdiyi üçün iki günün əvəzinə işləyirmiş.



Ernest Heminquey - o, Birinci Dünya Müharibəsinin dadını görmüş yazıçılardan idi. Heminqueytez-tez depressiyadan əziyyət çəkir, içkiylə dostlaşırdı. 


Yazıçı roman yazarkəniçkidən istifadə etmirdi. Yazıçıdepressiya diaqnozu ilə xəstəxanaya yatırılmış, lakin düzgün müalicəaparılmamışdır. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntıiçərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçınınbabası və atası da həyatlarına intiharla son qoymuşdular.



Erix Mariya Remark- Alman yazıçı kitabçı ailəsindədoğulub. Birincü Dünya müharibəsinin iştirakçısı olub. Psixi xəstəxanada orqanifaçısı kimi çalışıb. Nəhayət, özünü jurnalistikada tapıb. "Qərb cəbhəsindədəyişiklik yoxdur" romanı bütün dövrlərin antimüharibə əsəri kimi tanınır.Varlı, uğurlu və xoşbəxt Remark rəqqasə qadına vurulub. 


Vərəmə tutulan həminqadının qayğısına qalıb. Aktrisa Marlen Ditrixə vurulandan sonra həyatı dəyişib.Faşistlər kitablarını yandırandan sonra ölkəsini tərk edərək ABŞ-a köçüb. OradaÇarli Çaplinin keçmiş həyat yoldaşı ilə evlənib. 72 yaşında İsveçrədə dünyasınıdəyişib. Sağlığında içki düşkünü olub. Bəzi əsərlərindəki qəhrəmanlar nəinkiiçirlər, hətta spirtin xeyrindən danışırlar. Elə onun məşhur "Üçyoldaş" əsəri də rəqs edən sərxoşla başlayır. Ditrixə olan sevgisinə qədəraz içərmiş. Həmin sevgi içkini də artırıb.


James Joyce - XX əsrin ən nüfuzlu yazıçılarından biri olaraq genişkütlələrə çata bilən James Augustine Aloysius Joyce, İrlandiyalı köçmən biryazıçı. 


Joyce uzun illər müddətində Dublində yaşayan və zamanının çoxunu alkoltükətərək keçirdi. Davamlı içmə halı, kimi zaman barlarda çıxan dava-dalaşlaraqarışmasına da səbəb oldu.