adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2019 17:51
14399
ƏDƏBİYYAT

İçində işıq gəzdirən və işığın içindəki Qulu - Akif Cabbarlı yazır

Etibarlı qələm dostum Etibar Cəbrayıloğlunun "Ədalət”qəzetində dərc edilmiş bir yazısından öyrəndim ki, müasir Azərbaycanpoeziyasının özünəməxsusluğu, orijinallığı və bir az da qəribəliyi ilə seçilənnümayəndəsi – qonşum və gənc dostum Qulu Ağsəs yarım əsrin kürəyini qoyub yerə.Əsl istedadların cəmləşdiyi qızıl qvardiyada isə 50 yaşlı Qulu müəllim zamanınqarşıdakı poetik döyüşlərindən qalib çıxmaq eşqi ilə əsl gənclik həvəsini vəcoşqusunu sərgiləməkdədir.

Qulunu ötən əsrin axırlarından tanıyıram – AzərbaycanTeleradiosundakı birgə fəaliyyətimiz dövründən. Elə o vaxtlardan istedadı, ədəb-ərkanı,böyüklərə xas olan davranışı ilə seçilirdi və hamımızın yekdil qənaəti bu idiki, Qulu Ağsəs poeziyamızın gələcəyini yaradanlardan, yaşadanlardan vənurlandıranlardan biri olacaq. Oldu da.

"Ulduz” kimi nüfuzlu nəşrə rəhbərlik etmək təbiiki, hər yazara etibar edilmir və Qulu Ağsəs də bu etimada elə-belə layiq görülməyib.


Qulu müəllim, vaxtını çox almaq istəmirəm, sənəbundan sonrakı ədəbi fəaliyyətində yeni uğurlar və can sağlığı arzulayıram.

Nə vaxtsa məndən soruşsalar ki, Qulu müəllimi necətanıyırsan – təbii ki, qısaca cavab verərdim ki, Qulu içində işıq gəzdirən vəbütünlüklə işıq içində olan adamlardandır.

Qoy, işığın heç vaxt əksilməsin, daha da gurlansın,qardaş! Bu qısa yazıya isə nöqtə qoymuram, hələlik vergüllə kifayətlənirəm.