adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2018 12:51
19113
ƏDƏBİYYAT

İçimdəki poeziya yataqları tükənib, nəsrə keçəcəyəm...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı gənc şair Tural Turandır.

- Ebu Turxaninfikrincə Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır.Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duyabilənləryaşayırlar. Necə düşünürsünüz söz adamı kimi qəliblərlə dolu cəmiyyətdə yaşamağınhansıç ətinikləri var?

-Bəri başdan deyim ki, həmişə özümü qəliblərdən kənarda tutmuşam.Azad adamam. Özgür ola bilməsəm, yaza bilmərəm. Yazmağım da, yaşamağım daözgürlüklə sərhədlənib. Eyni zamanda, müəyyən mühafizəkarlığım da var. Amma bumühafizəkarlıq da özünü məcburetmədən doğmayıb. Əksinə, özümü tapdığım,tapındığım yörə və törələrimizi yaşatmaq üçün bacardığımı eləməyə çalışıram. Bəlkədə həmin yörə və törə gələnəkləri bir başqası üçün qəliblik anlamına gələ biləramma onlar mənim üçün keçmişin seçib-seçmələnmiş, bu günün insanı üçün labüdolan törə ənənələridir. Cəmiyyətin qəlibiçərisində boğulması mümkün deyil. Qəlib içərisində boğulursa, deməli o hələkütlədir, sürüdür. Cəmiyyət isə özünü dərk etmiş, yolunu müəyyənləşdirmişinsanlar çoxluğudur. Sürünün və ya kütlənin qəliblər içərisində boğulması isənormal haldır. Çünki onların özünüdərk prosesi olduqca ləng gedir və həmintoplum onları qəlib bataqlığından çıxarmaq istəyənlərə qarşı belə düşmənmövqeyində dayanır. Bu gün Azərbaycan cəmiyyəti qəlib içərisində deyil. Həmin cəmiyyətədaxil olanların sayı on minlərlədir. Amma bundan bəlkə də iki-üç dəfə çox kütləpsixologiyasına, sürü idrak sisteminə malik toplumlarımız var. Onlar sözün əslmənasında bataqlıqdadırlar. Bu qəbildən olan insanlar vaxtilə Hindistandakı"beşinci kasta- toxunulmazlar” adlanan bölgüyə daxildirlər. Həmin qəlib məhkumlarıxurafata inanır, erkən nigaha hə deyir, bir manat üstündə adam öldürür,var-dövlətə görə qardaşını, atasını baltalayır. Bu gün əksəriyyətimiz onlarınhalına acıyırıq. Onları doğulduqları, böyüdükləri bu bataqlıq mühitindənçıxarmağa çalışırıq. Həmin kəsim isə elə bilir ki, biz onları istəmirik və həminadamları da "özümüzə oxşatmağa” çalışırıq. Onlar cəmiyyət üzvləri deyillər. Bizcəmiyyətlə mübarizə aparmırıq. Əli qələm tutan, kağız kimi ağappaq adamlar cəmiyyətlədeyil, kütlə ilə mübarizə aparır. Sadəcə olaraq, bizdə kütlə kateqoriyasınadaxil olanların sayı çoxdur. Bu bizi yanıltmasın. Doğrudur, başqa ölkələrdə cəmiyyətkütlədən kəmiyyətcə daha böyükdür, elə keyfiyyətcə də. Amma bizdə əksinədir.Problem də bundadır. Mənə elə gəlir ki, cəmiyyət sinfinə daxil olanların yolu,istiqaməti kütlə təmsilçilərindən keçmədikcə, onlar qəlibləşmə sindromu üzləşməyəcəklər.Kütləni qəlibdən çıxarmağın bir yolu var, o da məcburi təhsildir. Bizdə isə məcburitəhsil anlayışı sovetlərin çöküşü ilə sona çatdı. Müstəqil təhsil sistemimiz isəcəmiyyətin yetişdirdiyi uşaqlara diqqət yönəldir. Yəni, birbaşa bünövrəsi olaninsanlara kapital ayırır. Bu da bir ölkə daxilində cəmiyyətlə kütlə arasındaböyük uçurumlara gətirib çıxara bilər...

-Yaradıcılığınıza təsir vəəks-təsir imkanları haqqında nə deyə bilərsiniz?

- Yaradıcılığıma təsir imkanları əsasən Avropa və türk xalqları ədəbiyyatları ilə məhdudlaşır.Postmodern modern, eləcə də klassik dövr ədəbiyyatın təsirlərini hiss edirəm.Artıq bu təsir imkanları zəifləyib. Çünki artıq öz yolumu formalaşdıra bilmişəm.Öz dəst-xəttimin olduğunu düşünürəm. Hazırda əks-təsir imkanları səthidir. Onagörə səthidir ki, sosial şəbəkələr üzərindən bunu hiss edirəm.

- Keçmiş,yoxsa gələcək?

- Mən keçmişlə gələcək arasında bu günü seçənlərdənəm. Bugünü yaşayıbgələcək üçün yaşayıram. Eyni zamanda, kürəyimi də keçmişə söykəmişəm. Bu gün Azərbaycanədəbiyyatı niyə qarmaqarışıqdır? Çünki bugünkü ədəbiyyatımızda yolsuzluq var.Yeni cərəyanlar yaranmır, çünki ideya bazası sıfırdır. Səbəbi isə keçmişi bilməməkdəngəlir. İndiki yazarların bir çoxu özlərini A və B parçaları arasında məhdudlaşdırırlar.Ta bilmirlər ki, biz bizdən əvvəl başlayan və bizdən sonra da davam edəcəkyolun bir parçasıyıq. Yolumuz olmalıdır. Yolu olmayan ədəbiyyat qara şalvaragöy sapla pərçimlənmiş yaşıl yamaq kimidir. Saplar çürüyəndə həmin yamaq düşəcək.Çünki rəngi şalvarın rəngi ilə uyuşmur. Müafizəkarlığımın olduğunu bayaq dedim,keçmişin yaxşılarını gələcəyə daşımaq ədəbdəndir-deyə düşünənlərdənəm.

-Müasir dövrdə texnologiyanın inkişafı kitabların, jurnalların, qəzetlərinmövcudluğunu sual altına qoyub. Bu fikrə münasibətiniz necədir?

- Kitab həmişə oxunub və oxunacaq. Bu gün internet və tenikiresursların daimi inkişafı prosesində kitab oxunulmurmu, oxunulur. Almaniya,Yaponiya, Rusiya, Kanada kimi ölkələrdə kitab oxuma səviyyəsi çox yüksəkdir. Həril bu ölkələrdə on milyonlarla kitab istehsal edilir. Həmin dövlətlərdətexnoloji inkişaf və yeniliklər də göz qabağındadır. Bəs niyə kitab oxuyan dahaçoxdur, çünki kitab insanlara oxumaq rahatlığı, həzzi verən məvhumdur. Bununalternativi yoxdur. Həm də ki, texnoloji vasitələr də, kitablar da insanınözünü inkişaf etdirməsi üçündür. Kim istəyir kitabdan oxusun, kim istəyirinternet resurslardan faydalanaraq biliklər əldə etsin. Əsas odur ki, hər ikivasitə elmə, biliyə aparan istiqamətdir. Avropa və Rusiyada artıq bunu dərkedirlər. Biz isə hələ də kitab yoxsa, internet dilemmasını, mübahisəsini həlledə bilməmişik. Bu fikrim jurnal və qəzetlər üçün də keçərlidir. Bu gün mən dəqəzet alıram, oxuduğum qəzetlər var. Niyə alıram, çünki arxiv yığıram. Niyəinternet resurslarla bunu etmirəm, çünki onlara çox da güvənmirəm. Sabah saytbağlansa, material da gedəcək və tapa bilməyəcəyəm. Qəzeti isə oğurlamasalar arxivimdə qalacaq.

- Oxumaqistədiyiniz, lakin oxuya bilmədiyiniz hər hansı bir əsər və ya imza....

- Belə imzalar və əsərlər çoxdur. Remarkı tam olaraq oxumamışam. Eləcədə Kafkanı. Bunları tam olaraq oxumaq istəyirəm. Oxumaq istədiyim kitabların vəəsərlərin adlarını cib dəftərçəmə yazıram ki, unutmayım. Axır vaxtlar kitaboxuma saatım azalıb. Əvvəllər həftəyə 40-45 saat kitab oxuyurdum. İndi bu göstəricim12-14 saatdır. Yəni, 168 saatlıq həftənin ancaq 12-14 saatını kitaba ayırıramki, bunun da çox böyük hissəsi həftə sonlarına təsadüf edir. Fransız şairiSülli-Prüdomu oxumaq istəyirəm. Bir-iki şeirini Anadolu türkcəsinə çevirmişdilər.Çox bəyənmişdim. Adam ədəbiyyat üzrə ilk "Nobel” mükafatçısıdır amma yazdıqlarıbu gün də aktualdır. Çünki yazdıqları bəşəri mahiyyət daşıyır. Təssüf ki, bizdəPrüdomun tərcümələrinə rast gəlməmişəm. Bəlkə də çeviriblər amma görmürəm.Axtarmışam, çoxları heç Prüdomun imzasını tanımadığını deyib. Söhbət kitabsatanlardan gedir. Adamın şeirlərində səmimilik və söz oynadaraq etirafetməbacarığı çox yüksək bədii çalarlarla verilir. Cozuye Karduççi adlı bir italyanşairi var. O, da Nobel mükafatçısıdır. Tənqidi görüşləri ilə tanışam. Amma cəmibir şeirini oxumuşam. Klassik nümunələrin ən yaxşılarındandır. Selma Lagerlöfvar, İsveç ədəbiyyatının daha doğrusu, nəsrinin "döyünən ürəyi” adlandırırlar.Haqqında həmişə tərif eşitmişəm. Amma oxumamışam. "Arabaçı” və "Yerusəlim”romanlarını çox oxumaq istəyərdim.

- Tərcümə işində hazırda hansı çatışmayan cəhətlərigöstərmək olar?

- Tərcümə işində çatışmayannüanslar çoxdur. Əsas problem lazımı əsərlərin tərcümə edilməməsidir. Bu yəqinki, naşirlərin, nəşriyyatların problemidir. Çünki tərcüməçi əsasən sifarişləişləyir. Nadir hallarda özünün yaxşı bildiyi əsərləri tərcümə edib nəşriyyatlarasata bilərlər. İndi tərcümə işimiz dünya ilə yalnız bir faktorla ayaqlaşmağaçalışır. Bu da dünyada ən çox oxunan, bestsellerə çevrilən əsərlərin burada daçapı ilə bağlıdır. Dünya dedektivə meyllidirsə, biz də həmin axınla gedirik. Məsələn,modern İsrail ədəbiyyatında nələr baş verir, bir o qədər xəbərimiz yoxdur. Cəmibir-iki antalogiya çıxıb. Eləcə də müasir Fələstin ədəbiyyatında yaxşı şair vəyazıçılar var, onları da çap etməliyik. Oxumalıyıq. Bu siyahıya Çin, Yaponiya,Mərakeş, Çex, macar ədəbiyyatı nümayəndələrini də əlavə edə bilərəm. Hazırda cənubivə mərkəzi Avropada çox böyük ədəbi inqilab dövrü başlanıb. Çox yaxşı şeir vəromanlar haqqında məlumatlar alırıq, "buk treyler”lərə baxırıq. Bizdə niyəolmasın. Ya orijinaldan tərcümə edəcək adamlarımız yoxdur, ya da nəşriyyatlarımızözlərini müəyyən bir qəliblə sərhədləməyə çalışırlar. İkinci bir çatışmayan cəhətidə demək istəyirəm. Tərcüməçi cümlədə verilmiş aparıcı fikri düzgün təyin etməyibacarmalıdır. Bu mütləqdir və hətta deyərdim ki, əsas məsələlərdən biridir. Əkshalda tərcümə anlaşıqlı olmayacaq. Bizdə bu cür qüsurlara tez-tez rast gəlirəm.Əsasən də müasir Türkiyə dəbiyyatından çevrilən roman və şeirlərdə... Müəyyənqırılmaları o saat hiss edirsən. Çünki mənim mütaliə dilim əsasən Anadolu türkcəsidir.Ona görə də bu dildən tərcümələrlə bağlı çatışmazlıqları daha tez duyuram.

- Dünya ədəbiyyatından oxuyub, təsirləndiyinizimzalar...

- Dünya ədəbiyyatından oxuyub təsirləndiyim imzalar çox olub. LevTolstoyu, Qabriel Markezi, Kamyunu, Kafkanı, Pol Sartrı, Boris Posternakı,Umberto Ekonu, Milan Kunderanı, Selinceri və başqalarını misal çəkə bilərəm. Mənonları oxuyaraq özümə bir cığır döyə bilmdim. Öz tapdaq yolumu müəyyənləşdirdim."Qızıl gülün adı”, "Sıfır sayı” kimi əsərlər mənim yazı dilimin yönünü dəyişdirdi.Öz ədəbiyyatımızdan isə Mövlud Süleymanlını, Sabir Əhmədlini, Süleyman Rəhimovuçox oxumuşam. Mirzə Cəlilin dilini isə hədsiz sevirəm.

- Azərbaycanədəbiyyatındankimlərioxuyursunuz?

-Klassik Azərbaycan ədəbiyyatından Füzuli və Nəsimini tələbəlikdövründə daha çox oxumuşam. İndi onları oxumuram. İndi şairlərdən Vaqif BayatlıOdəri, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Eldar Baxışı, Musa Yaqubu arada vərəqləyirəm.Nəsrdə isə Mövlud Süleymanlı, Yusif Səmədoğlu, Əkrəm Əylisli tez-tez müraciətetdiyim imzalardır.

- Gənclərdən kimlərioxuyursunuz?

- Fuad Cəfərli, Ulucay Akif, Çinarə Ömray, Ümid Nəccari, EmilRasimoğlu, Fəridə Uğur, Oğuz Ayvaz, və Ayxan Ayvaz qardaşları... Bunların şeirləri,nəsrləri qarşıma çıxdıqca oxuyuram. Hərəsinin öz nəfəsi var.

- Mütaliə vərdişlərinin formalaşması üçün hər hansı bir düstur varmı?

-Mütaliə vərdişininformalaşmasında heç bir düstur yoxdur. Sadəcə müxtəlif yollar var. İnsandaninsana dəyişə bilər. Bu da fərdi yöntəmdir, düsturluq deyil. Məsələn atam uşaqvaxtı mənə 20 səhifəsi bir "məmmədəminə” "Şamo” romanını oxutdurub. Sual-cavabetdikdən sonra həmin bir "məmmədi” – 1000 manatı verirdi. Təxminən 15-17 ilbundan əvvəl o dövrün min manatı çox böyük pul idi. Açığı mən oxumaöa bu cür həvəslənmişəm(gülür). Bəzi adamlar deyir ki, oxuma vərdişinə dedektiv əsərlərlə başlamaqlazımdır. Məsələn, "Hoqqa” dərgisinin baş redaktoru Nurlan Həsənli belədüşünür. Hesab edirəm ki, maraqlı yanaşmadır. Amma dedektivdə çox dayanmayasan,vərdişə yiyələnəndən sonra daha yüksək zövqlü əsərlərə keçəsən. Həm də nəoxuduğun önəmlidir. Gərək özünü ədəbiyyatınhansı qoluna aid olduğunu tapasan sonra oxumağa başlayasan. Əks təqdirdəoxuduqların sənə yaramayacaq. Yarasa belə, həzz ala bilməyəcəksən.

-Ədəbimükafatlaramünasibətiniz...

- Mən deməyəcəm ki, oxucu rəğbəti, onların bir şairi və ya yazıçınısevməsi əsl mükafatdır. Xeyr. Ədəbi mükafatlar yaxşı yaşamaq, ehtiyacdanqurtulmaq və bütün varlığınla yaradıcılığına bağlanmaq üçün bir stimuldur.İndiki şəraitdə bu dediklərimi təsdiq etmək daha asandır. Götürək öz cəmiyyətimizi,sosial problemlər üzündən nə qədər şair və ya yazıçı intihar edib. Son vaxtlarda bunu görmüşük. Bunlar olmamalıdır. Amma ədəbi mükafatlar da gərək sahibinəverilə, kiminsə tanışıdır, qohumudur- prizması ilə təqdim olunmaya.

-Şeirlərinizdədialekt və şivələrdən, "ölü” sözlərdən intensiv istifadə etməyiniz nə iləbağlıdır?

-İlk növbədə ölü sözləri diriltmək üçün istifadə edirəm. Çünki vaxtiləərəb və fars sözlərinin dilimizdən vurub çıxardığı türk kökənli sözlərimizin"ölü söz” statusundan çıxaraq əvvəlki ümumişlək vəziyyətinə qayıtmasının vaxtıçatıb. Mən belə düşünürəm. Eyni zamanda, hər hansı bir fikri cəmiyyətə qəbuletdirmək istəyirsənsə, iki yola baş vurmalısan. Daha doğrusu, bunun iki yoluvar; birincisi mediadır. Media ilə piarı aparılan hər hansı bir fikir və yalayihə uğura məhkumdur. Yəni, köşə yazılarında, araşdırma məqalələrdə az-az busözləri cəmiyyətə "yedizdirmək” lazımdır. İkincisi isə bədii yazılarla, ədəbiyyatlahəyata keçirilən yoldur. Mən yeri gəldikcə hər iki yola baş vururam. Baxın, ötənəsrin otuzuncu illərində Cəfər Cabbarlı öz əsərləri vasitəsi ilə cəmiyyətə yenitürk kökənli, milli adlar təqdim etdi. Oktay, Aydın, Sevil, Yaşar və s. bu kimiadlar bədii əsərin təsir gücü vasitəsi ilə sürətlə yayılmağa başladı. Xalqın adleksikonuna daxil oldu. Səməd Vurğun Qazax ləhcəsində itib-batmaqda olan"sayrışmaq” sözünü dilimizə yenidən qaytardı. Özü də cəmi bir-iki dəfə işlətməklə.Rəsul Rza özünün yaratdığı sözləri dilin leksik fonduna daxil etdi. Bunlar mütərəqqi,təqdir olunası işlərdir. Mən də Gəncəbasar, xüsusən də doğulduğum Alabaşlı kəndindəköhnə kişilərdən, nənə-babalardan eşitdiyim, itib-batma təhlükəsi olan sözləribu yolla yenidən dilimizə qazandırmaq yolu tutmuşam. Əslində burada mənim iki məqsədim.Əvvəla, dildə arxaikləşərək unudulmaq təhlükəsi olan sözlərə ikinci həyat vermək,eyni zamanda bir zamanlar ərəb-fars, rus mənşəli sözlərin təsiri ilə ümumişləkliyiniitirən ana dilimizdəki sözləri əvvəlki taxtına qaytarmaq. Yəni, elə də asanmissiya deyil. Mənim 1500-dən çox topladığım arxaik söz var ki, hamısı orijinaldır,gözəl ifadələrdir. Doğmadır, çünki ata-babaların mirasıdır. Yeri gəldikcəonlardan istifadə edəcəyimi düşünürəm. Artıq müsbət nəticələrini görməyəbaşlamışam. İndi məni oxuyan bilir ki, bədiz naxış deməkdi, yarıqçı-cərrahdı,buğarsaq – başının dəstəsi anlamındadır və s.

-Əyalətdə yazıbyaratmaqla dünya ədəbiyyatına çıxmaq olarmı?

-Günümüzün şərtləri elədir ki, indi əyalətlə şəhər arasında elə birböyük fərq yoxdur. Əyalətlərdə də internet var, kitabxanalar mövcuddur. Həttadeyərdim ki, yazıb-yaratmaq üçün ən ideal yer sakit mühitdir. Kənd həyatıdır. Həmdə əyalətlərdəki tiplər daha orijinaldır. Mövzu orijinallığı şəhərdəkinə nisbətəndaha unikaldır. Mövzuların, tiplərin içərisində gəzirsən, bəzən yazmaq, bədiiləşdirməkistədiyin hadisələrin bir parçasına çevrilirsən. Şəhərdə isə bu kimi imkanlarazdır. Kənd mühiti dünyanın bütün yerlərində daha cəlbedici olub. Buradakıunikal və analoqu olmayan proseslər oxucu tərəfindən daha maraqla qarşılanıb. Kəndmühitindən yazaraq Nobel mükafatı almaq da olar. Posternakı, Perl Bakı bunamisal göstərə bilərəm. Məsələn, Perl Bak çin kəndlilərinin həyatını orijinalboyalarla işıqlandırdığına görə Nobel mükafatı almışdı. Posternak da rus kəndlisininyaşantılarını əsrarəngiz ilmələrlə dünya oxucusuna təqdim etməyi bacarmışdı.Düşünürəm ki, bizdə də kənd mühitindən yazıb Nobel almaq olar. Amma orada insandramı olsun, lokal həyat hekayələri ilə dünya ədəbiyyatına çıxmaq olmaz.

-Siz də kəndmühitindən çıxmış insansınız. Əvvəlki kitablarınızda kənd insanınınyaşantılarını görmək olurdu, sonra siz də şəhərdən yazmağa başladınız?

- Ömrümün 17 ili kənddə keçib. On bir ildir ki, paytaxtda yaşayıram.Bakıda yaşadığım ilk beş ildə kəndlə sıx bağlı idim. Hər ay gedib-gəlirdim. Butələbəlik dövrünə təsadüf edirdi. Hərbi xidmətdən sonra kəndlə əlaqəm deməkolar ki, kəsildi. Jurnalist fəaliyyətim, işlərimin çoxluğu məni doğulduğum,böyüdüyüm eldən uzaq saldı. İndi kənddə nələr baş verir, nələr dəyişib, hansısosial çağırışlar, təlatümlər var, bilmirəm. Ona görə də kənddən yaza bilmirəm.Artıq şəhər həyatının bir parçasına çevrilmişəm. Buradakı proseslərin içərisindəyəm.Son şeirlərim də elə şəhərin daşıyıcısı olduğu ağrılardan bəhs edir. Kəndmövzusuna ikinci kitabdan sonra nöqtə qoymağımın da əsas səbəbi budur.

-Müsahibələrinizinbirində demisiniz ki, bir müddət sonra nəsrə keçəcəksiniz. Səbəbi nədir?

-Hiss edirəm ki, artıq tükənmişəm. Şeirlik canım qalmayıb. Şeir doğmaqüçün gümrah olmalısan, sancılara dözə bilməlisən, nəsrdə bu proses bir qədəryüngül olur. Şübhəsiz ki, hər ikisində ağrı var. Bu öz yerində. Bu vaxta qədərnəsrə keçməməyimin səbəbi roman və hekayə janrlarının incəliklərini öyrənməyimləbağlı idi. Hesab edirəm ki, artıq bu məsuliyyətin altına girə bilərəm. Əvvəlbelə bir əminliyim yox idi. İndi bu güvəni özümdə hiss edirəm. Nəsrə keçdikdənsonra şeirlə tamamilə vidalaşacağam.İçimdəki şeir yataqlarının hamısı işlənib. Ha qazıram, görürəm ki, suçıxır. Amma nəsr yataqları isə işlənilməyib. İçimdə romanlıq və hekayəlik birneçə yataq kəşf etmişəm, onları işləmək üçün çalışmalara da artıq başlamışam.Düşünürəm ki, çətin olmayacaq. Poeziyadan nəsrə keçənlər deyir ki, bu cürkeçidlər çox vaxt uğurlu olur. Yəqin bizdə də elə olar (gülür).

-Gürcü ədəbiyyatınınson vaxtlar bizdən xeyli irəli keçdiyi haqqında fikirlərinizi oxuyuruq.Doğrudanmı belədir?

-Bəli, bu nüans xüsusən də nəsrdə aydın şəkildə nəzərə çarpır. NodarDumbadzedən sonra gürcü ədəbiyyatı istedadlı gənclərini dünyaya çıxara bildi.Bunlardan biri David Turaşvilidir. "Cins dövrünün uşaqları” romanı Avropadaböyük səs-küy yaratdı. Dünyanın ondan artıq dilinə tərcümə olundu. Söhbət əsasdillərdən gedir. Ardınca Georgi Kekelidze öz yazıları ilə Gürcüstan sərhədləriniaşmağa başladı. Arçil Kikodzenin "Cənub fili” əsəri də müəllifiə böyük şöhrət gətirdi.Bu siyahını daha da artıra bilərəm. Təkcə sadaladığım bu üç müəllif səviyyəsindəbizdə gənc yazıçı yoxdur. Cavan nasirlərimizdənkiminsə adını çəkməyə qorxuram, hətta deyərdim ki, yoxdur.

-Bizim gəncyazıçılarda nə çatışmır ki?

-Bu onların özlərindən soruşmaq lazımdır. Çünki nəsrin içində deyiləm.Təkcə onu deyə bilərəm ki, bizimkilər bəşəri ola bilmirlər. Doğrudur,çalışırlar, vuruşurlar amma hələlik alınmır. Bəlkə də bunun səbəbi bəşərimövzuda deyil, bəşəri yazı dilindədir. Bəlkə də həmin dili tapa bilməyiblər. Çünkimövzunu hansı dildə çatdırmağın çox önəmlidir. Dünya oxucusunun anladığı təhkiyə,nəqletmə, keçid dillərini bilmirik bəlkə də. İstedadlı yazıçılarımız var. Sadəcəbu istedadı özümüzə tanıtdırmaqla kifayətlənmək olmaz. Dünyaya çıxarmaq üçün dəyollar axtarmalıyıq. Dünyanın nə istədiyini bilmək üçün təkcə oxumaq,araşdırmaq kifayət etmir, gərək dünyanı da gəzəsən, Qərb, Amerika oxucuları iləünsiyyətdə olasan. Yəni, məşhur olmaq üçün bir yol da maddi durumdan, imkandankeçir. Çatışmayan məqamlardan da biri budur.

-Hədəfinizin Nobelalmaq olduğunu dəfələrlə demisiniz. Böyük iddia deyil ki?

-Nobeli niyə bu qədər böyüdürük ki? Nobel mükafatını gözümüzdəböyütdükcə o bizdən qaçacaq. Mənim üçün Nobel elə də böyük mükafat deyil. Sadəcəolaraq ədəbiyyat adına təsis olunmuş çoxsaylı mükafatlardan biridir, vəssalam.Bəli, mən bu mükafatı alacağam. Buna iddialıyam. Hər kəsdə bu iddia olmalıdır.Qəlibləri qırmaq lazımdır. Yazıçıda, şairdə özgüvən olmalıdır. Yoxsa, Biləcəridəno yana keçməyəcəyik. Mən bu yolda ilk addımları atmağa başlamışam, rus, özbək,türk, qazax dillərində şeirlərim çap edilib. Hətta özbək dilində kitabım nəşrolunub. Maddi durumum imkan verdikcə Qərbə doğru ayaq açacağam. Onsuz da nəAYB-dən, nə də üzv olduğum digər ədəbi qurumlardan dəstək yoxdur. Məcburam ki,öz imkanlarım hesabına bunları edəm. Xalqdan, dövlətdən kömək gözləməkağılsızlıq olardı. Dünyanın hər yerində belədir. Özün sərhədləri aşırsan, müəyyənmərtəbəyə çatırsan, sonra dövlət və xalq sənin arxanca deyir ki, mənimkidir. Mənimyetişdirməmidir. Tarixin bütün dönəmlərində belə olub. Öz imkanlarım hara qədərimkan verəcəksə, oraya qədər gedəcəyəm.

-Son olaraq söz haqqında sözünüz...

- Bunu bir dəfə də demişəm. Söz bəşəriyyətin ən böyük kəşfidir. Sözcanlı orqanizmdir, eyni zamanda ilahi varlıqdır. Əsl söz hissləri kamil formadaifadə edəndir. Bunu bacaran insan isə əsl şair və ya yazıçıdır. Söz ürkəkdir,sözün naz yükü var. Söz ağırdır-sözün duz yükü var. Söz bakirədir-sözün qızyükü var. Söz qızıl ortadır – sözün tən yükü var. Söz sinə dağlayar-sözün közyükü var. Söz tanrı ilə insan arasında yol ayrıcıdır. Eyni zamanda da rabitədir.Sözünüz yaradandan kiçik, tanrıdan böyük olsun, deyirəm. Mənim üçün sözün tərifibudur.


Söhbətləşdi: Tural Cəfərli