adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Sentyabr 2019 12:09
15691
GÜNDƏM

İcbari Tibbi Sığortanın tətbiqinə hazırlıq gedir

Ölkəmizdə həyata keçirilən sosial layihələrin mühüm tərkibhissəsi olan icbari tibbi sığortahazırda pilot layihə şəklində AzərbaycanRespublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasənMingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanınaəsasən isə habelə Ağdaş rayonunda 1829 tibbi xidməti əhatə edənbaza zərfiəsasında həyata keçirilir.

2020-ci ildən isə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi gözlənilir. Bu barədəictimaiyyəti məlumatlandıran dövlət rəsmiləri 2019-cu ili icbari tibbisığortaya hazırlıq ili kimi qeyd ediblər.

İcbari Tibbi Sığorta DövlətAgentliyinin (İTSDA) mətbuat xidmətindən verilən məlumatlara görə, hazırda 1yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi iləbağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcəktibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT)infrastrukturunun qurulması üzrə işlər davam etdirilir:
"Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadəetməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqramtəminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər "AzərbaycanRespublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı birsıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418nömrəli Fərmanına əsasən həyata keçirilir.

Proqram təminatıxəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onunsığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyişöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə(ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkanyaradır, həmçinin, vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozlarıvə laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldəetmələrinə xidmət edir.

Bu günədək 49 tibbmüəssisəsi 1333 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetəçıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabelxətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 49 tibbmüəssisəsində kabelləşmə işləri icra olunub”.

Rəsmiməlumata görə, iyul ayından etibarən İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsininəməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqramtəminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər:
"Bu günədək Bakı və Sumqayıt şəhərləriüzrə 48 tibb müəssisəsinin, həmçinin regionlar üzrə 73 tibb müəssisəsinin qəbulvə qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.

Qeyd olunmalıdırki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətintəlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə Agentliyəayrılan büdcə vəsaiti hesabına həyata keçirilir”.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin tibbi yardım almaqhüququnu təmin edən sistemdir.Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfiçərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsindətəminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və yahal sığorta hadisəsi hesab edilir


Xidmətlər zərfi –baza və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara müvafiq növdə,həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbixidmətlərin toplusudur.


Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaztibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habeləölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərüçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabınaödəniləcək.


Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr,cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlərdaxildir.

Milli Məclis vəAzərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkiliödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarındaçalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmışəməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqıödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslərhər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2%-i miqdarında icbari tibbisığorta haqqı ödəməlidirlər.

Sığortaolunanlaraİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibbmüəssisələrində tibbi xidmətlər göstəriləcək. Tibb müəssisələrinin siyahısıtəsdiq edildikdən sonra www.its.gov.az saytında yerləşdiriləcək.

İcbari tibbisığorta haqqı ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsiçərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşın öz maliyyə vəsaiti hesabınagöstərilir


Kimlər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək?


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; Mülki-hüquqi xarakterlimüqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxilolmayan bütün şəxslər).


Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?


Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyətiilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarınınsığortahaqları dövlət büdcəsi hesabına ödənilir:

- 18 yaşınadəkşəxslər;

- 23 yaşınadəkpeşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyanitəhsil alan şəxslər;

- Pensiyaçılar ;

- Sosial müavinətalmaq hüququna malik olan şəxslər;

- Ünvanlı dövlətsosial yardımı alan ailələrin üzvləri;

- Ərazipoliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamiləqadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;

- Əmək Məcəlləsinəəsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Qeyd edək ki,yuxarıda sadalanan bu güzəştlər yalnız Azərbaycan Respublikasınınvətəndaşlarına şamil olunur.


NicatNovruzoğlu